Təbrizin Maşınqayırma Şirkətinə (Maşinsazi) çalışan bir qrup işçi keçən günlər ərzində bir neçə dəfə tətil keçiriblər.
Sosial şəbəkələrdə yerli mənbələrin idarə etdiyi kanallar maşınqayırma işçilərinin fevralın 26, 27 və 28-də şirkətin həyətində mitinq keçirdiklərini bildiriblər.
Bölgənin ən qədim zavodlarından olan Təbriz Maşınqayırma Şirkətinin işçiləri maaş və müavinətlərin ödənilməməsinə etiraz edirlər.
Araz News və Güney Azərbaycan Televeziyası (Günaz TV) kimi mənbələrin bildirdiyinə görə, aksiyaların ardınca şirkət məsulları zavodu seçkilərin bitməsinə qədər qapatdıqlarını açıqlayıblar. İran parlament seçkiləri martın 1-də keçiriləcək.
Yerli fəallar etirazçı işçilərin seçkilərdən sonrakı günlərdə təhlükəsizlik qrurumlarının ağır təzyiqlərinə məruz qalacağından narahatdırlar. İranın təhlükəsizlik orqanları adətən seçkilər ərəfəsində gərginlik yaşanmaması üçün vətəndaşlara qarşı aqressiv ölçülər götürməkdən çəkinirlər.
SEE ALSO: Təbrizdə etirazçı işçilər kəşfiyyat şöbəsinə çağırılıbTəbrizdə müxtəlif sektorlara çalışan işçilər tərəfindən təşkil olunan etiraz mitinqlərinin artmasının ardınca son həftələr etirazçı işçilərdən bəzilərinin kəşfiyyat şöbəsinə çağırıldığına dair məlumat yayılıb.
Yanvar ayından bəri Təbrizdə Şirin Əsəl, Şokolad İstehsalı və İtminan kimi qida sənayesi şirkətləri, eləcə də Şəhid Qazi Əczaçılıq Şirkətinin işçiləri həyat şəraiti və aşağı maaşlara etiraz olaraq miting və tətil keçiriblər.