Azərbaycan Milli Məclisinin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, işçi qrupunun üzvləri Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov iyunun 12-də Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcək.
Nilli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfər zamanı deputatlar ABŞ konqresmenləri və senatorları ilə görüşlər keçirəcək.
Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 17-də başa çatacaq.
Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu bundan öncə 2021-ci ilin noyabrında ABŞ-da səfərdə olub.