Kraliçanın vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

People pass by an image of Queen Elizabeth II projected onto a large screen at Piccadilly Circus, in London, Sept. 8, 2022.

Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bu barədə səfirlik məlumat yayıb.

Səfirlikdən bildiriblər ki, eyni zamanda, Kraliçanın ölümü ilə əlaqədar öz ürək sözlərini yazmaq istəyənlər üçün matəm kitabı açılıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan və Kraliçanın vəfatı ilə əlaqədar öz hisslərini bölüşmək istəyən şəxslər ürək sözlərini onlayn formada açılan matəm kitabına yaza bilərlər.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould özünün Twitter səhifəsində bunları yazıb: “Əlahəzrət Kraliçanın vəfatı dərin kədər anıdır. Onun itkisi bütün dünyada çoxşaylı insanlar tərəfindən dərindən hiss olunacaq. O, səmimiyyəti, ağlı və müdrikliyi ilə milyonlarla insanın həyatına toxunub. Allah Mərhum Əlahəzrət Kralıça II Elizabetə rəhmət etsin.”

Prezident İlham Əliyev Kraliça Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniya kralı Çarlza başsağlığı məktubu ünvanlayıb.

“Bu ağır itkinin kədərini sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbr diləyirəm,” məktubda deyilir.

İlham Əliyev Böyük Britaniyanın baş naziri Elizabet Trassa da analoji mesaj göndərib,