Dərya Hüdayi: İrandan çıxandan sonra gördüm ki, ana dilinə dəyər verirlər
Your browser doesn’t support HTML5
Mayamidə yaşayan təbrizli əczaçı Dərya Hüdayi uşaqlar üçün türk və ingilis dillərində görüntülər və videolar hazırlayır. Onun sosial mediada paylaşdığı bu materiallar istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.
Sosial media fəalı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı və mühacirətdə yaşayan uşaqlara türk dilini öyrətmək, habelə dil və folklor üzrə məzmunlar yaratmaq məqsədilə bu fəaliyyətə başladığını ifadə edir.