Accessibility links

Human Rights Watch: Avropa Şurası Azərbaycanda azadlıqların pozulmasına son qoyulmasını tələb etməlidir


 Logo of Human Rights Watch
Logo of Human Rights Watch

Azərbaycan AŞ Nazirlər Komitəsində 6 ay sədrlik edəcək

Avropa Şurası və Parlament Assambleyasının üzvləri Azərbaycan prezidenti İlham Əliyevi tənqidi səslərin susdurulmasına son qoymağa çağırmalıdır.

Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.

Iyunun 24 də prezident llham Əliyev AŞ Nazirlər Komitəsində 6 ay sədrlik edəcək ölkənin rəhbəri kimi AŞPA-da çıxış edəcək.

“Azərbaycanın standartlarını kobud şəkildə pozduğu təşkilata sədrlik etməsi çox qəribədir”, - HRW-nin direktoru Hyu Uilyamson bildirib.

Son iki ildə Azərbaycanda hakimiyyəti ən azı 40 siyasi fəal, jurnalist, bloger, hüquq müdafiəçisinə qarşı cinayət işi qaldırılıb. Onların əksəriyyəti həbsdədir.

Hakimiyyət tənqidi səsləri susdurmaq üçün narkotik maddə və silah saxlamaq, xuliqanlıq, vergidən yayınma, hətta casusluq ittihamlarından istifadə edir.

Prezident İlham Əliyev və onun hökuməti Azərbaycanda siyasi motivli təqiblərin olmasını dəfələrlə inkar ediblər.

Lakin cinayət təqiblərinin arasdırılmasının vəziyyəti və məhkəmə çəkişmələri zamanı çoxsaylı pozuntuların olması ittihamların saxta olduğuna və hakimiyyəti tənqidə görə cəza olduğuna şübhə yaratmır.

Mayda Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, hökumət müxalifət fəallarından olan İlqar Məmmədovu məhz hökuməti tənqid etdiyinə görə həbs edib.

Avropa Şurası insan hüquqları komissarı Nils Muyjnieks 2014-cü il aprel bəyanatında Azərbaycanda jurnalistlər, bloger və fəalların həbsi ilə bağlı vəziyyəti yolverilməz adlandırıb. “Öz baxışalrına görə həbs olunanların hamısı azadlığa buraxılmalıdır”, - o vurğulayıb.

Lakin o, siyasi fəalların nədən həbsdə olmasının, Facebook fəalları hakimiyyəti tənqid etdiklərinə görə polisin onları narkotik maddə ittihamı ilə həbs etməsinin səbəblərini açıqlamalıdır, bəyanatda qeyd olunur.
XS
SM
MD
LG