Accessibility links

Tənqidçilər Putinə qarşı sui-qəsd cəhdini seçkilərlə əlaqələndirir


Tənqidçilər Putinə qarşı sui-qəsd cəhdini seçkilərlə əlaqələndirir
Tənqidçilər Putinə qarşı sui-qəsd cəhdini seçkilərlə əlaqələndirir

Moskvada təhlilçilər və müxalif siyasətçilər bu xəbərlərin Odessada bomba partlayışından səkkiz həftə sonra və Rusiyada prezident seçkilərindən bir həftə öncə verildiyi vaxtla bağlı suallar qaldırır.

Rusiyada prezident seçkilərinə bir həftədən az qalmış bir vaxt seçicilər Baş nazir Vladimir Putinə qarşı sui-qəsd cəhdinin üstünü açdığı haqda xəbərləri müzakirə edir.

Müxbirlərlə danışan Baş nazir Vladimir Putin sui-qəsd cəhdinə dair xəbərlərə əhəmiyyət vermədiyini deyib. “Mənim mövqeyimdə olan insanlar bununla yaşamalı olur. Bundan qorxsan, işə davam etmək mümkün deyil. Qoy onlar bizdən qorxsun”-deyə o bildirib.

Kremlin nəzarətində olan Rusiyanın Birinci Kanal televiziya şirkətinin verdiyi məlumata görə, təlatümlü Çeçenistan regionundan çıxmış üç nəfər iki ay bundan əvvəl Odessada Putinin Moksvada maşın karvanına hücum planını müzakirə edib.

Sui-qəsd cəhdinin üstü yanvarın 4-ü Odessada bombanın təsadüfən partladığı zaman açılmışdı. Hadisə nəticəsində bir nəfər ölmüş, bir nəfər yaralanmışdır. Birinci kanal yaralanan adamın və işdə əlbir olan üçüncü şəxsin etiraflarını televiziya vasitəsilə yayımlamışdı.

Xəbərlərdə cənab Putinə qarşı baş tutmamış daha iki sui-qəsd cəhdi haqda məlumat verilmişdir.

Moskvada təhlilçilər və müxalif siyasətçilər bu xəbərlərin Odessada bomba partlayışından səkkiz həftə sonra və Rusiyada prezident seçkilərindən bir həftə öncə verildiyi vaxtla bağlı suallar qaldırır.

Moskvada Karneqi Mərkəzini təmsilçisi Maşa Lipman: “Yalnız bir neçə adam buna ciddi yanaşır. Putinə qarşı sui-qəsd cəhdinin qınanması əvəzinə insanlar buna gülür.”

Kommunist partiyasından prezidentliyə namizəd Gennadi Züqanov namizədlərin debatları zamanı bunu ucuz oyun adlandırıb.

1991-ci ildən bəri beşinci dəfədir prezidentlyə namizədliyini irəli sürən millətçi Vladimir Jirinovski sui-qəsd cəhdi haqda məlumatlara savadsız insanlar arasında rəğbət qazanmaq cəhdi kimi qiymət verib.

Siyasi icmaçlı Oleq Kaşin Kommersant radiosunda sensasiya doğuracaq belə bir xəbərin cənab Putinin razılığı olmadan yayılmasının nə dərəcədə mümkün olduğu barədə sual qaldırıb.

Buna cavab olaraq baş nazirin sözçüsü Dmitri Peskov sui-qəsd cəhdinin seçkilərlə əlaqələndirilməsini küfr kimi qiymətləndirib.

Karneqi Fondunun təmsilçisi Maşa Lipman deyir ki, sui-qəsd cəhdi haqda xəbərlərə cənab Putinin azalmış populyarlığının artırılması səyləri kimi baxır və onun sözlərinə görə bu səylər effektiv olub.

Ölkə boyu keçirilmiş rəy sorğularına əsasən, respondentlərin 60 faizi baş nazirə səs verəcəyini deyib. Əgər cənab Putin bazar günü seçkilərdə səslərin 50 faizindən çoxunu alsa, o, təkrar seçkilərdən keçməli olmayacaq.

XS
SM
MD
LG