Accessibility links

Rusiya prezidenti Yuri Lujkovun vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb


Rusiya prezidenti Yuri Lujkovun vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb
Rusiya prezidenti Yuri Lujkovun vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb

Cənab Lujkov və onun həyat yoldaşı son zamanlar Kremlin nəzarəti altındakı televiziya proqramlarında tənqidlərə məruz qalırdılar

Bu gün Kremldən alınan məlumatda deyilir ki, Rusiya prezidenti Dmitri Medvedev Moskva meri Yuri Lujkovun vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir ki, 1992-ci ildən mer vəzifəsində çalışan Lujkov Rusiya Federasiyası prezidentinin etimadını itirib. Cənab Medvedev mer vəzifəsinin müvəqqəti icrasını Lujkovun müavini Vladimir Resinə tapşırıb.

Güman edilir ki, Rusiya prezidenti qarşıdan gələn 2011-ci il parlament və 2012-ci il isə prezident seçkilərində öz mövqeyini daha da möhkəmləndirmək üçün bu populyar siyasətçini vəzifəsindən uzaqlaşdırıb. Cənab Lujkov və onun milyoner həyat yoldaşı Yelena Baturina son zamanlar Kremlin nəzarəti altındakı televiziya proqramlarında tənqidlərə məruz qalırdılar.

XS
SM
MD
LG