İnsan haqları müdafiəçisi, Azərbaycanın İnsan Haqları Klubunun təşviqat direktoru Rebekka Vinsent Amerikanın Səsinə müsahibəsində Azərbaycanda seçki sonrası atmosfer, cəmiyyətdə siyasi aktivliyin səviyyəsi, hakimiyyətin dinc yolla dəyişməsinin mümkünlüyü və s. barədə danışıb. Rebekka Vinsentlə müsahibəni sizə təqdim edirəm.
Sual: Azərbaycanda seçkilər başa çatıb. Ölkədə seçki sonrası atmosferi necə qiymətləndirərdiniz? Siyasi vəziyyət nə dərəcədə sabitdir?
Cavab: Fikrimcə seçki öncəsi məsələlər hələ də problem olaraq qalmaqdadır. Biz artıq hökuməti tənqid edən fərdlərə və qruplara qarşı seçki sonrası təzyiqlərin işarələrini görürük. Seçkidən öncə vurğuladığımız kimi ölkədə insan haqlarının vəziyyəti narahatlıq doğurur. Rəsmilər xüsusilə toplaşma və ifadə kimi fundamental azadlıqlara qarşı presedentsiz təzyiqlərdə iştirak edir. Bu, ilin əvvəlindən müxalif səslərə qarşı başlayan kampaniyanın bir hissəsidir. Müstəqil seçki müşahidəçilərinə, tənqidi qəzetlərə qarşı başlayan proseslər seçki sonrası basqıların tez bir zamanda qızışacağına işarədir.
Sual: Müxalifət lideri Cəmil Həsənli deyib ki, 9 oktyabrdan sonrakı Azərbaycanda 9 oktyabrdan əvvəlki Azərbaycan deyil. Cəmiyyətdə, xüsusilə də gənclər arasında siyasi aktivliyin artdığını düşünürsünüzmü?
Cavab: Düşünürəm ki, bu il seçki prosesində gənclər arasında maraq daha böyük olub. Amma kövrək seçkilər keçiriləndə, xalqın iradəsinə hörmət olunmayanda bu, insanları ruhdan salır və bu gün ölkədə bu görünməkdədir. Buna baxmayaraq bəzi insanlar artıq gələn il keçiriləcək bələdiyyə seçkiləri barədə düşünür və bu da gənclərin yenidən seçki prosesinə qoşulmasına imkan yaradır.
Sual: Bu yaxınlarda prezident seçkisi keçirən qonşu Gürcüstan özünə yeni prezident seçib. Bunun nəticəsi olaraq prezident Saakaşvili hakimiyyətin dinc yolla dəyişməsini təmin edib. Belə bir dəyişikliyin Azərbaycanda baş verməsi mümkündürmü?
Cavab: Ümid edirəm ki, mümkündür. Fikrimcə dəyişiklik olacağı təqdirdə bunun dinc və demokratik olması hamının marağındadır. Bilirəm ki, seçkilərdən öncə müxalifət fəaliyyətlərinin Azərbaycan qanunları, Azərbaycan Konstitusiyası çərçivəsində olacağını bildirmişdi. Başqa yolla dəyişikliyin marağında olan yoxdur. Ancaq islahatların indi həyata keçirilməsi çox vacibdir. İlbəil vəziyyət pisləşir, prezident gündən-günə gücünü artırır, ölkə demokratik öhdəliklərinə əməl etmir – bunlar ölkədə vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. Ölkədə müsbət dəyişiklik qaçılmazdır.
Sual: Müxalifətin bəzi üzvləri Qərbin Azərbaycanda demokratiyanın inkişafını istəməsinin səmimi olmadığına inanır. Siz necə düşünürsünüz? Azərbaycanın demokratik islahatlar aparmasına kömək etməkdə avropalılar və amerikalılar nə dərəcədə ciddidirlər?
Cavab: Fikrimcə demokratiya məsələsi müəyyən bir səviyyəyədək bu ölkələr üçün önəmlidir. Onlar demokratiya istəyi ilə digər maraqlarını balanslaşdırmağa çalışırlar. Və bəzən digər sahələr daha üstün götürülür. Buraya xüsusi olaraq enerji və təhlükəsizlik daxildir. Biz hökumətlərlə təmaslarımızda bildiririk ki, Azərbaycanda uzun müddətli maraqları qorumağın ən yaxşı yolu qanunun aliliyi və insan haqlarına hörmət edən güclü demokratik sistemdir. Çünki hazırki vəziyyət real sabitliyi əks etdirmir.