“REAL” (Respublikaçı Alternativ) Hərəkatı parlament seçkiləribndə iştirak edəcək. Hərəkat 17 seçki dairəsindən öz deputatlığa namizədini irəli sürəcək. Namizədlərin sayı arta da bilər. Bu barədə bu günki mətbuat konfransında REAL-ın icra katibi Natiq Cəfərli bildirib.
Mətbuat konfransında həmçininn REAL Hərəkatının seçkilərdə D18 Hərəkatının sədrinin, NİDA Vətəndaş Hərəkatının 4 fəalının və müstəqil hüquqşünas Məzahir Şahvələdovun deputatlığa namizədliyini dəstəkləyəcəyi bəyan edilib.
Natiq Cəfərli hazırki məhdud seçki mühitində mənfiyə doğru dəyişkilik olarsa, seçkidə iştirak qərarının dəyişdirilə biləcəyini də diqqətə çatdırıb.
“REAL Hərəkatı ölkədəki durumun demokratik seçkilərin keçirilməsinə imkan verməməsindən, ifadə azadlığına təqiblərdən, müstəqil medianın susdurulmasından siyasi məhbus probleminin olmasından, çətin geopolitik durum və bundan doğan risklərdən və çətin iqtisadi problemlərdən narahatdır. Buz bütün bu problemləri dərk edərək qarşıdan gələn parlament seçkilərində iştirak etmək qərarına gəlmişik”, Natiq Cəfərli qeyd edib.
O bildirib ki, REAL Hərəkatı yarandığı gündən özünü hazırki siyasi sistemə alternativ sayır.
“Yaxın hədəflərimizdən biri - sistemin çökəcəyi gün ölkədə zamanın tələbinə hazır, anlaqlı siyasi çevrənin hazır olmasına nail olmaqdır. Belə bir çevrənin ardıcıl və təmkinli şəkildə inkişafı üçün, məhdud da olsa, mövcud hüquqi fürsətlərdən mümkün qədər yararlanmaqdır. Belə fürsətlərdən biri də seçkidir”, Cəfərli bildirib.
Onun firkincə, ölkədə gedən ən müsbət və qarşısıalınmaz proses – nəsil dəyişimidir.
“70-ci və 80-ci illərdə doğulmuş nəsil yavaş-yavaş dominant olmağa başlayır və bu təbii prosesdir. Ölkədə siyasi dəyişikliyin təsisatlanmış formaları olmadığına görə, nəsil dəyişiminin siyasi önəmi üzə çıxır. REAL Hərəkatı siyasi səhnədə yeni nəsli təmsil etmək, onun maraq və qayğılarını ifadə etmək borcunu qürurla öz üzərinə götürür”, icra katibi hərəkatın seçkidə iştirakının əsas hədəflərindən birini də diqqətə çatdırıb.
REAL Hərəkatı Müsavat Partiyası ilə iki görüş keçirib. “Biz bir-birimizin əleyhinə təbliğat aparmamaq və mümkün olan dairələrdə seçkinin birgə müşahidəsini təşkil etməık barədə razılığa gəlmişik”, Cəfərli bildirib.
İcra katibi jurnalistlərin çoxsaylı sullarına cavab verib.
“Seçki dövründə ən çətin məqam müşahidənin təşkilidir. Müstəqil seçki institutları, QHT sektoru, müstəqil media çökdürülüb. Belə şəraitdə seçki prosesinə nəzarəti təşkil etmək ən çətin məsələlərdən biridir. Amma, REAL namizədləri olduğu dairələrdə seçki prosesinə nəzarəti yüksək səviyyədə təşkil edəcək”, icra katibni bildirib.
Onun firkincə, seçki mühiti hazırki anda azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermir.
“Azərbaycan iqtidarı çöküş dövrünü yaşayır. Vəziyyət hər an dəyişə bilər. Biz bu situasiyaya da hazır olmalıyıq”, o qeyd edib.
Öz növbəsində, REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Amerikanın Səsinə müsahibəsində bildirib ki, hərəkat namizədlərini irəli sürdüyü seçki dairələrində qalib gəlmək hədəfini qarşıya qoyub.
“Bu REAL-ın seçkilərdə ilk sınağıdır”, o qeyd edib.
Onun firkincə, REAL seçkidə iştirakla seçki mühitinin yaxşılaşdırlmasına təsir etmək fikrindədir.
“Bu baxımdan seçki prosesində iştirak etmək vacibdir. Səhnəyə siyasi qurum kimi çıxıbsansa mütləq seçkilərdə iştirak etməlisən. Prosesin daxilində yaradacağın intellektual məkanlar, gərginliklər hesabına yeni fürsətlər açıla biləcəyinə inanaraq seçkilərə getməlisən. Biz seçkilərin ədalətli olacağı firkri ilə seçkilərə getmirik. Biz hazırıq ki, seçkilər ədalətli olmayacaq. Biz bilirik ki, durum necədir, medianın durumu ağırdır, siyasi məhbuslar var. Bundan əvvəlki seçkilərin təcrübəsi var. Amma, biz ona da inanırıq ki, ölkədə, bölgədə, iqtisadiyyatda durum dəyişir. Nəsil dəyişikliyi baş verir. Bunların hamısının birbaşa olmasa da seçkilərə yan təsiri var. Biz bundan yararlanmağa çalışırıq”, Qədirli bildirib.
Parlament seçkiləri noyabrın 1-də keçiriləcək.