Milli Şura Azərbaycanda oktyabrın 9-a keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz olaraq mitinq keçirib. Yağışlı hava şəraitinə baxmayaraq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilən mitinqə minlərlə adam gəlib.
Mitinqdə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxış edib. Azərbaycan gənclərini apardıqları mübarizəyə görə alqışlayan cənab Həsənli seçki nəticələrinin ləğv edilməsinə çağırıb. O, İlham Əliyev hökumətinin Azərbaycanı beynəlxalq aləmdə saxta seçkilərlə rüsvay etdiyini bildirib. "Biz bu milləti təsadüfi adamların ümidinə qoya bilmərik," deyə Milli Şuranın namizədi bəyan edib və Azərbaycan gənclərini mübarizəni davam etdirməyə çağırıb.
Mitinqdə gənclər hərəkatının nümayəndələri çıxış ediblər. "İstefa", "Cəmil bəy" şüarları ilə müşayiət olunan mitinqin qətnaməsində seçki saxtakarlıqlarının aradan qaldırılması ilə yanaşı, siyasi məhbusların dərhal buraxılması və Azadlıq qəzetinə qarşı təzyiqlərə son qoyulması tələb edilib.
9 oktyabrda keçirilmiş prezident seçkilərinin rəsmi nəticlərinə əsasən İlham Əliyev üçüncü dəfə prezident seçilib. ATƏT-in müşahidə missiyası səsvermənin beynəlxalq standartlara uyğun gəlmədiyini bildirib. Milli Şuranın namizədi Cəmil Həsənli səsvermənin nəticələrini tanımadığını bəyan edib və yeni seçkilərin keçirilməsinə çağırır.