Accessibility links

İranda 15 edam


dar ağacı
dar ağacı

Edam edilənlər narkotik qaçaqmalçılığı və adam öldürməkdə günahlandırılıb

İranda 15 nəfər edam edilib. APA agentliyinin məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığı və qəsdən adam öldürməkdə günahlandırılıblar.

Belə ki, İranın Əlborz vilayətində 11 məhbus narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq edam edilib.

Onların mayın 10-da səhər saatlarında Kərəc şəhərinin Qızılhasar həbsxanasında dara çəkilsələr də, ölkənin rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları indiyədək bununla bağlı heç bir xəbər yaymayıb. Onlardan yalnız 4-nün adını dəqiqləşdirmək mümkün olub. Bunlar Fəxrəddin Bəşarəti, Əli Qubadi, Cəfər Tamami və Səlahəddin Qiyasidir.

Bundan əlavə, İranın Qəzvin vilayətində 4 nəfər edam edilib. Məhbuslardan üçü narkotik maddələrin qaçaqmalçılığı, biri isə qəsdən adam öldürməkdə günahlandırılıb. Onların ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 17-də səhər saatlarında Qəzvin şəhərinin həbsxanasında icra edilib.
XS
SM
MD
LG