Çadır düşərglərində yaşayan haitililər daşqınlar və torpaq sürüşmələri təhlükəsi qarşısındadır. Belə ki,tropik Emili qasırğası Haitiyə doğru istiqamət alıb. Haitinin cənub bölgələrində artıq yağışlar yağmağa başlayıb. Qasırğanın günün sonunda oraya yaxınlaşacağı proqnozlaşdırılıb. Saatda 90 km sürətlə irəliləyən qasırğa hazırda Dominikan respublikası yaxınlığındadır. Sinoptiklər 50 sm-ə qədər yağacaq yağışın sellər yarada biləcəyini təxmin edirlər.
Haitinin pyataxtı Porta-Prinsdə yüz minlərlə insan ötən ilin dağıdıcı zəlzələsindən sonra hələ də çadır düşərgələrində yaşayır. Rəsmilər insanlara sığınacaq axtarmağı məsləhət görsələr də, evakuasiya əməliyyatları həyata keçirilmir. Emili bu gün gecə və ya sabah səhər Kubaya doğru irəliləyəcək.