Accessibility links

ABŞ Rusiyaya daha ağır sanksiyaların tətbiq edilə bilməsilə bağlı xəbərdarlıq edib


Birləşmiş Ştatların vitse prezidenti Co Bayden Rusiyanın Ukraynada may ayının 25-də keçiriləcək seçkiləri pozduğu təqdirdə ABŞ-ın daha güclü sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.

Buxarestdə Rumıniya prezidenti Trayan Basesku ilə görüşdən sonra danışan
cənab Bayden Rusiyanın daha böyük "bədəl ödəməli ola biləcəyini" qeyd edib.

ABŞ vitse-prezidenti Buxarestə Obama administrasiyasının NATO müttəfiqlərini Birləşmiş Ştatların güclü dəstəyinə əmin etmək kampaniyası çərçivəsində səfər edib.

Cənab Bayden Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsinin qeyri-qanuni olduğunu və bundan sonra Avropa sərhədlərinin heç vaxt silah gücü ilə dəyişməyəcəyini deyib.

Bu arada, Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların etirazları davam edir.
XS
SM
MD
LG