Accessibility links

Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi açılıb


Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi açılıb
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi açılıb

Sərgidə 34 ölkədən 301 şirkət iştirak edir

Mayın 29-da Bakı Ekspo Mərkəzində 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgisi açılıb.

İştirakçı şirkətlər tərəfindən neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıqlar, xidmət və innovativ texnologiyaların geniş çeşidi, platforma və üzən qazma qurğuları, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin olunması, eləcə də servis xidmətləri təqdim olunur.

Energetika naziri Pərviz Şahbazov
Energetika naziri Pərviz Şahbazov

Enegetika naziri Pərviz Şahbazov Amerikanın Səsinə bildirib ki, sərgidə 34 ölkədən 301 şirkət iştirak edir. Bu şirkətlər bütün sahələri və regionları təmsil edir.

“Bu Xəzər hövzəsində keçirilən ən böyük neft-qaz sərgisidir. Artıq 26 ildir keçirlir. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir. Onların da burada stendtləri, pavilyonları var. Bu sahədə 13 şirkət təmsil olunur,” nazir qeyd edib.

Bundan başqa, sərgi çərçivəsində 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayacaq. Sərginin tərkib hissəsi olmaqla neft-qaz sektorunun, eləcə də bu sektor ilə əlaqəli müxtəlif sahələrin rəhbərləri üçün əsas platforma olan konfransda 30 ölkədən 500-dək nümayəndənin iştirakı gözlənilir.

Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi açılıb
Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi açılıb

Bakı Ekspo Mərkəzində, həmçinin energetika və bərpaolunan enerji sənayesi nailiyyətlərinin nümayişi sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2019”) sərgisi də açılıb.

Neft-qaz sərgisinin açılş mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

O bildirib ki, Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur.

“Ölkəmiz bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışıq. Dünya neft sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan, həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir,” o qeyd edib.

Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.
Donald Tramp, ABŞ prezidenti

Əliyev deyib ki, yaxın zamanda “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin tamamlanması ilə böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” də icra edilmiş olacaq.

“Bu isə bizə imkan yaradacaq ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına şaxələndirilmiş yolla qısa və təhlükəsiz şəkildə çatdırılsın,” dövlət başçısı qeyd edib.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon prezident Donald Trampın sərgiyə təbrik məktubunu təqdim edib.

“Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

İlham Əliyev ABŞ-ın “Halliburton” şirkətinin pavilyonuna baş çəkib
İlham Əliyev ABŞ-ın “Halliburton” şirkətinin pavilyonuna baş çəkib

Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.

Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram,” ABŞ prezidentinin təbrikində deyilir.

Prezident İlham Əliyev sərgi ilə tanış olarkən ABŞ-ın “Halliburton” şirkətinin pavilyonuna da baş çəkib.

XS
SM
MD
LG