ABŞ Ukrayna hökuməti vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb. Ağ evin sözçüsü Cey Karni ABŞ administrasiyasının Ukraynada zorakılıqlarını qınadığını və ölkə hakimiyyətini müxalifətlə dialoqu bərpa etməyə səslədiyini deyib.
Ağ Evdə brifinq zamanı açıqlama verən Cey Karni deyib ki, ABŞ hökuməti sülhün və sabitliyin bərpa edilməsi üçün Ukrayna prezidenti Yanukoviçi qarşıdurmaya son qoymağa və müxalifətlə dialoqu bərpa etməyə çağırır.
Ukrayna polisi nümayişçiləri Kiyevin mərkəzi meydanından çıxarmaq üçün ərazini mühasirəyə aldığı və etirazçılara qarşı təzyiqli sudan istifadə etdiyi bildirilir.
Bundan öncə polis və parlament binası istiqamətində hərəkət edən nümayiıçilər arasında toqquşma zamanı 9 nəfərin həyatını itirdiyi haqda xəbər verilib.