Accessibility links

Rumıniyada prezident və parlament seçkiləri keçirilir - 2004-11-28


Rumıniya rəsmilərinin verdiyi məlumata görə bu gün həmin ölkədə keçirilən prezident və parlament seçkilərində iştirak edən insanların sayı gözlənildiyindən nisbətən azdır. Belə ki, günortayadək seçicilərin yalnız 44 faizi səs verib. Prezidentliyə aparıcı namizədlər arasında hazırkı baş nazir Adrian Nastase mənsub olduğu Sosial Demokratların hakimiyyəti altında iqtisadi inkişafın davam edəcəyini vəd edir. Onun rəqibi, Buxarest şəhərinin meri Trayan Basesku isə öz platfırmasında korrupsiya əleyhinə mübarizəyə geniş yer verir. Bu seçkilərin qalibi keçirilən islahatlar Avropa standardlarına uyğun gələcəyi təqdirdə Rumıniyanın 2007-ci ildə Avropa Birliyinə daxil olması prosesinə rəhbərlik edəcək. Mütəxəssislərin fikrincə güman ki, heç bir namizəd birbaşa səs çoxluğunu əldə edə bilməyəcək və beləliklə də seçkilərin 2-ci turuna ehtiyac qalacaq.

XS
SM
MD
LG