Prezident Buş bildirirb ki, NATO sammiti alyansın tarixindəki ən mühüm islahatları qəbul edəcək. Cənab Buş Çexiya paytaxtında tələbələrdən ibarət qrupa deyib ki, bu islahatlar Avropanın gələcək yolunu müəyyən etməlidir. O, Birləşmiş Ştatların beynəlxalq sülhə sadiqliyi və Vaşinqtonun Avropa ölkələrini müdafiə etmək əzmini qeyd edib. Prezident, həmçinin, Rusiyada demokratiyanın artmasını alıqşlayaraq bunun dünyada təhlükəsizliyin təminatına yardım edəcəyini deyib. O, terroizm məsələlərilə məşğul olmağın əhəmiyyətini bir daha vurğulayaraq, İraqın kütləvi qırğın silahlarının tərkisilah olunmasının vacibliyini təkrar edib.