Accessibility links

Fransa və ABŞ Livanda atəşkəs üzrə razılığa gəliblər


Birləşmiş Ştatlar və Fransa BMT-nin Livanda döyüşlərə son qoymağa səsləyən qətnaməsi üzrə razılığa gəliblər.

Fransa və Amerika diplomatları qətnamə layihəsini bu gün élan ediblər. Fransanın president sarayından yayılan xəbərə əsasən, qətnamə layihəsi düşmənçiliyə son qoyulmasına və bundan sonra daimi atəşkəsin əldə olunmasına və Livanda problemin uzunmüddətli həllinə dair işin aparılmasına çağırır.

BMT-nin Təhlükəsizlik Şurasının bu axşam layihəni müzakirə edəcəyi bildirilir. Səsvermə isə yalnız gələn həftə gözlənilir. Hizbullah və İsrailin reaksiyası hələ məlum deyil.

XS
SM
MD
LG