Accessibility links

BMT-nin Livana yardımı yoldadır


BMT cənubi Livana yardım göndərişini bərpa edib.

BMT-nin Qida proqramı yemək və dərman daşıyan iki maşın karvanının cənubdakı Tir və Sidon şəhərlərinə yollandığını bildirib. Agentlik yardımı İsraillə Hizbullah yaraqlıları arasındakı müharibədən əziyyət çəkən mülki əhaliyə paylamaq niyyətindədir.

Maşın karvanı İsrail və Livan təhlükəsizlik koridorunu təmin etdikdən sonra bölgəyə yollanıb. BMT agentliyi həm də İsraillilərin Livanın Rmeiş şəhərinə yardım maşınları üçün təhlükəsiz gediş imkanı yaratmaqdan imtina etdiyini də bildirib.

Müharibə başlanandan bəri 700 mindən artıq Livanlının didərgin düşdüyü bildirilir.

XS
SM
MD
LG