İqtisadçı ekspert Toğrul Vəliyevin bank hesablarına həbs qoyulub.
Bu barədə o, şəxsi Facebook səhifəsində yazıb. Toğrul Vəliyev bildirib ki, qərar noyabrın 29-da verilib:
"Bakı Şəhəri Baş Polis İdarəsinin vəsatəti əsasında Xətai rayon məhkəməsi tərəfindən noyabrın 29-da verilmiş qərara (şahid kimi cəlb olunduğum gündən bir gün sonra artıq "təqsirləndirilən şəxsin yaxın əlaqəsi" kimi göstərilmişəm) görə mövcud olan bank hesablarıma həbs qoyulub. Dekabrın 1-də qərar banka göndərilib. Ayın 5-dən etibarən isə bütün hesablarım bloklanıb".
Ekspert bildirir ki, bloklanan hesablar arasında onun əməkhaqqı kartı da var:
"Yeganə gəlir mənbəyim olan əməkhaqqım hesaba oturduğu gün bloklanıb. Beləliklə, bəlli olmayan müddətə mən formal və faktiki olaraq əməkhaqqısız qalmışam".
Noyabrın 28-də iqtisadçı ekspert Toğrul Vəliyev "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib.
Forum