Accessibility links

Qalib Toğrul: "Qubad İbadoğlunun müayinə nəticələri hələ də təqdim edilməyib"


Qalib Toğrul
Qalib Toğrul

Oktyabrın 18-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu vəkili Zibeydə Sadıqova ilə görüşüb. Oktyabrın 13-də partiya sədri mülki xəstəxanada, Mərkəzi Klinik Xəstəxanada həm kompüter tomoqrafiyasından, həm də maqnit rezonans tomoqrafiyasından keçirilmişdi. Lakin nəticələri barədə Qubad ibadoğluna və vəkilin hələ də məlumat verilməyib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:01:33 0:00

"Bizə konkret bir məlumat verilməyib. Təxminən belə bir şey deyiblər ki, L3, L4, L5 disklərində problem var. Ancaq problemin nədən ibarət olduğunu demirlər. Əslində ürəyin deyil, döş qəfəsininin kompüter tomoqrafiyası edilib. Orda yalnız ürək deyil, ağciyər, bronxlar nəzərdən keçirilir. Bununla bağlı da hər hansı bir məlumat verilməyib bizə. Vəkil kompüter tomoqrafiyası keçirilən gündən Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib ki, həmin diskləri bizə təqdim etsinlər. Hələ ki, ondan da bir cavab yoxdur. Qubad İbadoğlunun son müayinəsindən sonra həkimlərin rəyi necədir, biz bilmirik. Müayinə zamanı qanunvericiliyin tələblərinə zidd olaraq, xəstəxanada Qubad İbadoğlunun qollarına qandal vurulub. Müayinə bitən kimi onu oradan götürüb geri qaytarıblar. İmkan verməyiblər ki, o, müayinəni aparan həkimlə ünsiyyətdə olsun. ”, o qeyd edib.

Qalib Toğrul sonuncu dəfə oktyabrın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında qardaşı ilə görüşüb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG