Accessibility links

Şərqi Azərbaycan vilayətində kəndlilərin keçirdiyi aksiya zamanı 26 nəfər tutulub


Mərənd, Yekanat bölgəsi - kəndlilərin əvvəlki yürüşlərindən bir görüntü
Mərənd, Yekanat bölgəsi - kəndlilərin əvvəlki yürüşlərindən bir görüntü

Şərqi Azərbaycan vilayəti Mərənd şəhərinin icra hakimiyyəti binasının qarşısında aksiya keçirən kəndlilər polis qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşıblar.

Araz News saytı və Abbas Lisani adlı Telegram kanalının yaydığı məlumata görə, şənbə günü keçirilən aksiya zamanı polis 26 etirazçını nəzarət altına alıb.

Şərqi Azərbaycan vilayəti Mərənd şəhərinin Yekanat bölgəsində ərazi və otlaq sahələrinin dövlət tərəfindən zəbt edilib və özəl şirkətlərə verilməsinə etiraz edən kəndlilər təqribən 10 gün öncə də sözügedən ərazidə yürüş təşkil etmişdilər.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə istinadən, kənd əhalisi əvvəlki yürüşlərin birində Xoy-Culfa yolunu qapatmışdılar.

Yekanat bölgəsinin Yekən Kəhriz kəndində Təbii Sərvətlər və Su Hövzələrini İdarəetmə Təşkilatı tərəfindən zəbt edilən ərazi və otlaq sahələrinin İsfahandan olan özəl şirkətlərə verildiyi bildirilir.

Şirkətlər ərazidə sənaye istixanaları tikib, hasar çəkərək bölgə əhalisinin mallarını otarmasına mane olublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG