Accessibility links

ADR Rusiya səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırır


Bakıda aksiya keçirilib (VOA-arxiv foto)
Bakıda aksiya keçirilib (VOA-arxiv foto)

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil etmək üçün müraciətinə mənfi cavab verib.

ADR rəhbəri Qubad İbadoğlunun Amerikanın Səsinə bildirib ki, BŞİH-i piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.

"Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi şanlı zəfərimizlə başa çatıb. 10 noyabr 2020-ci ildə bağlanılmış üçtərəfli bəyanatla Ermənistan hərbi kapitulyasiyaya uğradığını qəbul edib. Bəyanata əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti 5 ildir".

BŞİH bildirib ki, yuxarıda qeyd olunanlar, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, oktyabrın 7-də Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun sayılmır" , məktubda qeyd edilib.

ADR Partiyasının rəhbəri hesab edir ki, BŞİH xalqa konstitusiya ilə verilmiş hüququ mənimsəyib, qanuna zidd rəy verib.

"Halbuki, ADR Partiyası onların rəyini soruşmayıb, BŞİH-ə sadəcə aksiya barədə məlumat verib. Bu məktubda əvvəlkindən fərqli olaraq hər gün dəfələrlə eşitdiyimiz sözlər də əlavə olunub. Amma bütün bunlar heç nəyi dəyişmir, aksiya qüvvəsindədir. Oktyabrın 7-də saat 14-də Rusiyanın səfirliyinin binası qarşısında hamılıqla işğalçı rus ordusunun Qarabağdan çıxarılmasını tələb edəcəyik" , İbadoğlu qeyd edib.

XS
SM
MD
LG