Accessibility links

Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib


Daxili İşlər Nazirliyi ( rəsmi foto-mənbə DİN-arxiv foto)
Daxili İşlər Nazirliyi ( rəsmi foto-mənbə DİN-arxiv foto)

Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.

Nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar qeyd olunub.

Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;

- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;

- Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;

- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;

- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.

XS
SM
MD
LG