Accessibility links

Vəfa Rüstəm: Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır


Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm
Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm

Vəfa Rüstəm: Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə erkən nikahların yaranma səbəblərindən və bu halların qarşısının alınması istiqamətində görüləcək işlərdən danışıb.

Amerikanın Səsi: Yerli ekspertlər, beynəlxalq təşkilatlar Azərbaycanda hələ də erkən nikah problemi aradan qalxmadığını bildirir. Sizcə bunun səbəbi nədir? Ümumuyyətlə valideynləri nə vadar edir ki, övladlarını nikah yaşına çatmadan evləndirir?

Vəfa Rüstəm: Azərbaycanda erkən nikahlar mövcuddur. Təəssüf ki, ailələr buna icazə verir. Bunun səbəbləri müxtəlif ola bilər. Əslində bununla bağlı yaxşı araşdırma aparmaq lazımdır. Hər hansı bir davranış və ya normalar mövcud olmalıdır ki, şəxslər bunu öyrənsinlər. Yəni öyrəncəlidirlər, hamı belə edir onlar da edirlər və yaxud kasıbçılıqdan qızları tez ərə verirlər ki, ailəyə əlavə yük olmasın. Yaxud onlar inanırlar ki, qızı tez ərə vermək yaxşıdır. Bu, dini inanclarına görə də ola bilər. Digər tərəfdən ola bilər, onlar düşünürlər ki, qızlarını ərə verməsələr sonra onu alan olmayacaq və bu qıza ziyan gətirəcək. Biz müəyyən edə bilsək ki, bu, ehtiyacdanmı yaranır, yoxsa bu vicdan məsələsidir və buna əsasən tədbirlər görmək olar. Mən düşünürəm ki, burada bütün amillər var. Kasıbçılıq məsələsi var, həm təhsilsizlik var, həm dini inanc var. Həmçinin fikirləşirlər ki, qadın gənc olarsa o daha sağlam uşaq dünyaya gətirəcək.

Vəfa Rüstəm: Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır
please wait

No media source currently available

0:00 0:05:53 0:00

Amerikanın Səsi: Erkən nikahların qarşısınının alınması üçün hansı addımlar atılmalıdır?

Vəfa Rüstəm: Erkən nikahların qarşısını almaq üçün ümumiyyətlə biz nəzərə almalıyıq ki, bu həm səhiyyənin, həm iqtisadiyyatın, həm də təhsilin problemidir. Bunun üçün kompleks tədbirlər görülməlidir. Bir tərəfdən hüquqi baza yaxşılaşdırılmalıdır. Məsələn, Azərbaycanda hüquqi baza buna yaxşı cavab vermir. Digər tərəfdən dövlət orqanları uşaqların məktəbə davamiyyətinə nəzarət etməlidir. Onlar təhsil məsələsinə nəzarət etməlidir. Eyni zamanda maarifləndirmə işləri aparılmalıdır.

Amerikanın Səsi: Dövlət qurumları erkən nikahların qarşısının alınması üçün yetərli fəaliyyət göstəririmi? Bu sahədə qanunvericilikdə lazımi hüquqi baza yaradılıbmı?

Vəfa Rüstəm: Statistika Komitəsinin məlumatlarına baxsaq orada erkən nikah barədə məlumat olmasa da, 15-19 yaşında dünyaya uşaq gətirən qadınların sayı var. Biz bu saya baxanda hər 1000 nəfərə görürük ki, 48, 2020-ci ildə bu 41-ə düşüb. Amma düşünürəm ki, bu korona ilə bağlı ola bilər. Yəni 50-45 müxtəlif illərdə bu rəqəmləri görə bilirik. Bu isə çox ciddi böyük rəqəmlərdir. Bunun da 60 faizi regionların payına düşür. Buradan ciddi problemlərin olduğunu bir daha görürük. Bizdə var qadınların məcburi ərə verilməsi. Amma bizdə uşaq nikahlarının erkən nikah kimi cəzalandırılması ilə bağlı Cinayət Məcəlləsində müddəa yoxdur. Azərbaycanda digər zorakılıq halları ilə bağlı cinayət məsuliyyəti var. 14 yaşına qədər şəxsə cinsi əlaqədə olursa onun cinayət məsuliyyəti var. Amma deyək ki, 16 -17 yaşında qızlar ərə verilərkən belə olan hallarda bəzən hüquqdan yan keçə bilirlər. Məktəblər yaxşı monitorinq aparmır. Bu sahədə ciddi addımlar atılmalıdır.

XS
SM
MD
LG