Accessibility links

Toğrul Vəliyev: Ərzaq təhlükəsizliyi istiqamətində atılan addımlar formaldır


Toğrul Vəliyev
Toğrul Vəliyev

İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində dünya bazarında qıtlıq və yüksək qiymət artımının Azərbaycana təsirlərindən, o cümlədən ölkədə ərzaq təhlükəsizliyi sahəsində yaranan problemlərin aradan qaldırılması yollarından danışıb.

Toğrul Vəliyev: Ərzaq təhlükəsizliyi istiqamətində atılan addımlar
formaldır
please wait

No media source currently available

0:00 0:04:51 0:00

Amerikanın Səsi: Bir sıra ekspertlər Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya bazarında qıtlıq və yüksək qiymət artımının müşahidə edildiyini bildirir. Bu proseslər Azərbaycana necə təsir edə bilər? Ölkəni qıtlıq gözləyə bilərmi?

Toğrul Vəliyev: Ümumiyyətlə qıtlıq anlayışı müxtəlif mənalarda istifadə olunur. İndi müşahidə etdiyimiz odur ki, buğdanın həcmi kifayətdir, sadəcə olaraq onun çatıdırılması ilə bağlı problemlər yaşanır. Nəticə etibarı ilə qiymətlər qalxır. Baxmayaraq ki, Ukraynadan və Rusiyadan başqa, digər ölkələrdən buğdanın çatıdırılmasında heç bir problem yoxdur. Sadəcə qiymətlər bu trendə uyğun olaraq artır. Amma son zamanlar azalmağa başlayıb. Fikrimcə bu cəhətdən iqtisadi olaraq problemlər yaşanmamalıdır. Problemlər daha çox ondan ibarətdir ki, iqlimlə bağlı quraqlıq müşahidə edilir. Avropada, Azərbaycanda da bunu müşahidə edirik. Ola bilər gələcək illərdə ciddi surətdə problem olsun. Bu dəqiqələrdə bizdə ciddi problem yaşanmayacaq. Gələcək illərdə isə mümkündür.

Amerikanın Səsi: Ümumiyyətlə hökümətin ərzaq təhlükəsizliyi, o cümlədən ərzaq buğdası təminatı istiqamətində apardığı siyasəti necə qiymətləndirirsiniz?

Toğrul Vəliyev: Ərzaq təhlükəsizliyi deyəndə biz ümumiyyətlə bütöv ərzağı nəzərdə tuturuq. Buğda ilə məsələ başqadı. Buğda ilə bağlı problem ondan ibarətdir ki, bizdə onun ərzaqlıq hissəsi, yəni un və un məmulatlarının istehsalı üçün istifadə olunan buğda həcmi kifayət qədər azdır. Hətta məhsuldarlıq artsa belə biz ən yaxşı halda 30-35, maksimim 40 faiz özümüzü təmin edə biləcəyik. Yenə də 60 faiz qalacaq. Burada şərt deyil ki, biz özümüzü təmin edək. Problem ondadır ki, Azərbaycan müəyyən bir iqlim şəraitində yaşayır ki, hətta buğda istehsalı mümkün deyil o qədər böyük həcmdə. Biz daha çox bizə daha effektiv, özümüzü yaxşı təmin edə biləcək, ixrac edə biləcək məhsulları istehsal etməliyik, nəinki buğdanı. Buğdanı biz digər ölkələrdən əldə edə bilərik. Qazaxıstan və digər ölkələr olsun. Burada problem ondan ibarətdir ki, biz bir mənbədən daim asılıyıq. Bu bizim üçün daha çox problem yaşadır. Rusiyadan aslı idik deyə o problem yaşanır. Ərzaq təhlükəsizliyi tərəfindən ümumən təəssüflər olsun ki, o istiqamətdə bizdə atılan addımlar daha çox formaldır. Çünki biz görürük ki, digər sahələrdə biz nəyinsə ixracını artırırıq, məsələn pomidordan tutmuş meyvəyə kimi. Amma buna baxmayaraq, bizim idxaldan aslılığımız daha çox artır. Hər şey, avadanlıqdan başlamış, gübrə, dərmanlara kimi biz idxaldan asılıyıq. Burada hansı addımlar atılmalıdır? Hər sahə xüsusiləşdirilməlidir.

Amerikanın Səsi: Azərbaycan hökuməti əhalinin qida ehtiyaclarını ödəyə bilirmi? Ölkənin qida təhlükəsizliyinin təminatı üçün nə edilməlidir?

Toğrul Vəliyev: Bunun üçün bir çox addım atılmalıdır. Birincisi indiki mərhələdə qiymət artımı dayandırılmalıdır və ya ən azı minimal səviyəyə çatırılmalıdır. Problem ondan ibarətdir ki, qiymətlərin artımı daha çox onunla bağlıdır ki, biz çox şeydə idxaldan aslıyıq. Bizdə gömrük və vergi siyasəti imkan vermir ki, bunun qiyməti aşağı salınsın. Nəticə etibarı ilə bu istiqamətdə addımlar atımalıdır. Çünki digər addımlar bizdə formallıq xatirinə atılır.

Xatırlatma

Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkənin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.

Ümumilikdə isə son illər ərzində buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub.

Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub.

Bu il isə Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. İri un və çörək istehsalçılarının yaydığı birgə məlumatında deyilir ki, yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin $365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olacaq.

XS
SM
MD
LG