ATƏT-in seçkiləri müşahidə missiyası ədalətli monitorinq vəd edir
“Bizim vəzifəmiz tənqid deyil, seçkilərin monitorinqidir”, bu barədə bugünki mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta bildirib. Onun sözlərinə görə, missiya seçkilərin beynəlxalq standartlara və demokratiya normalarına, habelə Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğunluğunu müşahidə edəcək. Xanım Zuluetanın sözlərinə görə, missiya avqustun 29-dan öz işinə başlayıb və seçki kampaniyasının gedişatını, Mərkəzi Semki Komissiyasının işini, KİV-də seçkilərin işıqlandırılmasını və s. izləyəcək.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib