Bred Pitt yeni ampluada çıxış edərək, əsrarəngiz Chanel №5 ətrinin reklamında çəkilib. Məşhur fransız moda evinin reklamının qlobal premyerası bazar ertəsi günü olub. Yarım dəqiqəlik reklamda boz rəngli köynək geymiş Bred Pitt kameraya baxaraq, yumşaq tonla “Mən hara getsəm, sən də oradasan” deyir.
Hollivudun super ulduzu Koko Şanelin (Coco Chanel) yaratdığı bu ətri reklam edən ilk kişi aktyordur. Eyni zamanda bu ilk dəfədir ki, kişi aktyor, ya da model qadınlar üçün ətrin reklamında çəkilir.
İndiyə qədər presedenti olmayan reklama münasibətdə bir-birinə zidd fikirlər söylənsə də, onun yaratdığı rezonans Chanel evinin özünün ən populyar ətrinin reklamı üçün yəqin ki düzgün seçim etdiyi haqda şübhələri dağıdır.
Bred Pittin bu rol üçün seçilməsi Chanel №5 ətrinin konsepsiyasına uyğundur. Koko Qabriyel Şanel 1921-ci ildə bu ətri təqdim edəndə ətriyyat dünyasında inqilab yaratmışdı. Chanel №5 qadının geyim stili ilə eyni dərəcədə əhəmiyyətə malik bir ətir kimi düşünülmüşdü. Koko Şanel həyatda iz qoya bilən qadınlar üçün yaratdığı bu ətrin qadının ruhunu canlandıracağını istəmişdi. Chanel №5 abstrakt gözəllik anlayışlarından kənara çıxaraq, qadının ruhunu tərənnüm edən bir ətirdir. 92 ildən sonra Bred Pittin bu mesajı çatdırmaq üçün "Chanel" missiyasına seçilməsi orijinal görünür.
Chanel №5 ətrini ilk dəfə tanınmış fransız aktrisası Ketrin Denöv reklam edərək, onun təmsilçisi olmuşdu. Bundan sonra Chanel moda evi ətri təqdim etmək üçün bir sıra tanınmış aktrisaları reklam çəkilişlərinə dəvət etmişdi. Bunların arasında Merilin Monro və Nikol Kidmanı göstərmək olar.
Chanel №5 dünyada ən çox satılan ətirdir. Statistikaya görə, dünyada hər 30-50 saniyə arasında bir şüşə Chanel №5 ətri satılır. Ətrə 5 nömrə verilməsinin səbəblərinə gəlincə burada müxtəlif versiyalar var. 12 yaşlı Şanelin göndərildiyi katolik monastır rəqəmlərə böyük önəm verən Cistercian cəmiyyəti tərəfindən təsis edilmişdi. Cəmiyyətin adı da beş ləçəkli qızıl güldən götürülmüşdür. Rusiyada doğulmuş fransız əsilli ətriyyatçı Ernest Byö (Ernest Beaux) Koko Şanelə ətrin bir neçə nümunəsini təqdim edəndə, o bunların arasında 5-ci şüşəni seçmişdi. Yeni geyim kolleksiyasını may ayının 5-də təqdim edən Şanel ətir üçün 5 rəqəminin artıq təbii olaraq seçildiyini bildirmişdi. Daha bir versiyaya görə isə, falçı 5 rəqəminin onun üçün xoşbəxt rəqəm olduğunu demiş və madmuazel Koko Şanel ətir üçün ada bu rəqəmi vermişdir.
Təkcə öz dövrü üçün deyil, bütün dövrlər üçün klassik geyimlər dizayn etmiş Koko Şanel yaradıcı insan və modelyer kimi avanqard və inqilabi ruha malik olub. Chanel №5 ətri ilə yanaşı, bütün dövrlər üçün klassik “kiçik qara don”u da moda dünyasına Koko Şanel gətirmişdir. 1926-cı ildə qara donu kolleksiyasına salan Şanel beləliklə, onu matəm funksiyası daşiyan geyim növü olmaqdan çıxarmışdır. Bundan sonra qara don klassik və eleqant geyinən qadınların qarderobunda ən qiymətli geyim əşyalarından birinə çevrilmişdir. Bu klassik görünüşü isə Chanel №5 ətri tamamlayır.