Accessibility links

Firuz Səidi: Sünni türklərin İran toplumunda yüksəlmə şansı yoxdur [Audio]


Firuz Səidi
Firuz Səidi
Firuz Səidinin sözlərinə görə, kürəsünni türklərinin İran cəmiyyətində huquqi və iqtisadi təhlükəsizliyi yoxdur. Kürəsünni icmasına mənsub güneyli araşdırmaçı Amerikanın Səsi ilə müsahibədə İranın Qərbi Azərbaycan vilayətində yaşayan sünni məzhəbli türklər, xüsusilə kürəsünni elinin ictimai yaşayışları, eləcə də hakimiyyət və toplum tərəfindən məruz qaldıqları ictimai, siyası və iqtisadı təzyiqlər və ayrıseçkiliklər halları ilə bağlı danışıb.
Firuz Səidi Kürəsünni türklərinin durumunu şərh edir
please wait

No media source currently available

0:00 0:19:37 0:00
Direct link

Firuz Səidi Sünni məzhəbli türklərin iş yerlərində və ya əsgərlik zamanı təzyiq və məhdudiyyətlərlə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət dairələrinə iş üçün müraciət formları, həmçinin əsgərlik sənədlərində vətəndaşların hansı məzhəbə bağlı olduqları soruşulur.
Formlarda məzhəbi soruşurlar. Elə ayrıseçkilik də buradan başlayır. Sünni türklər ya işə alınmır ya işində yüksələ bilmir.
Firuz Səidi
“Formlarda məzhəbi soruşurlar. Elə ayrıseçkilik də buradan başlayır. Sünni türklər ya işə alınmır ya işində yüksələ bilmir,” deyə o söyləyib.

Beynəlxalq insan haqları qruplarına istinadən, kürəsünni türkləri sünni məzhəbinə mənsub olduqları üçün İranda həm etnik həm məzhəbi ayrıseçkiliyə məruz qalırlar.
Güneyli araşdırmaçı Qərbi Azərbaycanda yaşayan kürəsünni əhalinin sayı ilə bağlı hər hansı rəsmi bir statistikanın mövcüd olmadığını dilə gətirib:

“İranın siyasi qurumlarında dini azlıqların sayı ilə bağlı məlumat ola bilər, ancaq belə bir statistika yayılmır. Kürəsünni eli umumiyyətlə Xoy və Salmas arasında yerləşən və Kürəsünni mahalı adı ilə tanınan bölgədə yaşayır. Amma biz elə Urmiyə və Qərbi Azərbaycanın digər şəhərlərində yaşayan sünni türklərə də Kürəsünni deyirik.”

O həmçinin Kürəsünni sözünün bölgə əhalisi tərəfindən yanlış anlaşıdığını irəli sürüb. “Kürəsünni türkləri sünni məzhəblidir, ancaq Kürəsünni sözünün sünni sözü ilə əlaqəsi yoxdur. Bəzən Kürəsinli şəklində də tələffüz olunur,” deyə o qeyd edib.

Kürəsünni araşdırmaçının sözlərinə görə, İran İslam Respublikası sünni türklərə dini bayramlarını istədikləri kimi qeyd etmək üçün icazə vermir. Misal üçün Ramazan bayramını Türkiyə və Səudiyyə Ərəbistanı kimi sünni məzhəbli ölkələrlə eyni gündə qeyd edənlər hakimiyyətin təzyiqlərinə məruz qalırlar.
Xüsusilə Məhərrəm matəmi zamanında bu təhqirlər daha çox görünərdi. Bizlərə Ömərin uşaqları deyirdilər. Amma, toplum içində milli anlayış çoxaldıqca durum yaxşılaşır. Artıq bir çoxları məzhəbimizin nə olduğuna baxmayaraq hamımızın türk olduğunu bilir və buna önəm verirlər.
Firuz Səidi
Firuz Səidi hakimiyyətdən əlavə sünni türklərin toplum tərəfindən də təhqirlərə məruz qaldığını, ancaq son illərdə milli duyğuların yüksəlməsi ilə bərabər bu təhqirlərin azaldığını bildirib.

Onun dediklərinə görə, “Qərbi Azərbaycan əhalisi arasında milli mənsubiyyətlə məzhəbi mənsubiyyət qarışdırılır. Bəziləri milliyyət (etnik kimlik) və məzhəbi bir-birindən ayırd etmək qabiliyyətinə sahib deyillər.”

“Xüsusilə Məhərrəm matəmi zamanında bu təhqirlər daha çox görünərdi. Bizlərə Ömərin uşaqları deyirdilər. Amma, toplum içində milli anlayış çoxaldıqca durum yaxşılaşır. Artıq bir çoxları məzhəbimizin nə olduğuna baxmayaraq hamımızın türk olduğunu bilir və buna önəm verirlər,” deyə o əlavə edib.

Finlandiya ölkəsində mühacirətdə yaşayan güneyli blogger kürəsünni cəmiyyətinin İran məhkəmələrində üzləşdiyi çətinliklər və ayrıseçkiliklər ilə bağlı sualları cavablandırıb. O ötən illərdə narkotik qaçaqçılığı ilə əlaqədar edam edilmiş Əhməd Cəngəli adında bir kürəsünninin məhkəmə prosesinə işarə edərək, edam hökümünün “anti-sünni” bir hakim tərəfindən çıxarıldığını irəli sürüb.

Səidi həmçinin sünni türklərin ədalətsizliyə məruz qaldıqlarına baxmayaraq media və beynəlxalq qurumlarla əlaqə qurmaq istəmədiklərinin səbəblərini şərh edib. Onun fikrincə, Kürəsünnilər yaşadıqları ictimai şəraitdən asılı olaraq toplumda muhafizəkar bir davranış sərgiləməyə məcbur qalıblar.

“Həm tarixdən gələn bir güvənsizlik həm də yaşadıqları toplum onları bu şəkildə davranmağa məcbur edir. Sünni türklər eyni dil və milli mənsubiyyəti paylaşdıqları şirə türklər və eyni məzhəbi paylaşdıqları sünni kürdlər ilə bir arada yaşayıb, keçinməyə çalışırlar,” deyə o əlavə edib.
XS
SM
MD
LG