Accessibility links

İnternet və insan hüquqları müzakirə edilib


Avropa Şurasının İnternet azadlığına dair konfransı
Avropa Şurasının İnternet azadlığına dair konfransı

Başqa sahələrdə olduğu kimi, İnternetdə də insan hüquqları təmin edilməlidir. Bu zaman azadlıqlar və təhlükəsizlik arasında balans əsaslandırılmalıdır. Mübahisəli vəziyyətlərdə ictimai maraqlar üstün götürülməlidir.

Bakıda keçirilən "İnternet və insan hüquqları" konfransında Avropa Şurasının müxtəlif qurumlarının on-line azadlığın təminatı üzrə tövsiyələri belədir.

Tədbiri Avropa Şurasının (AŞ) Bakı ofisi, Azərbaycan Rabitə Nazirliyi AŞ və Avropa İttifaqının ifadə azadlığı, medianln dəstəklənməsi layihəsi çərçivəsində təşkil edib.

Rabitə nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda İnternet yayımının səviyyəsi 76%-ə çatıb ki, bunun da 65%-nin genişzolaqlı İnternetə giriş imkanları var.

E.Vəlizadənin sözlərinə görə, ölkədə İnternetə giriş tam sərbəstdir, provayderlərin fəaliyyəti lisenziya tələb etmir. İstifadəçilər sosial şəbəkələrə və digər xidmətlərə maneəsiz qoşulurlar.

Eyni zamanda E.Vəlizadə qeyd edib ki, texnoloji imkanlar və sərbəst giriş imkanları pornoqrafiya yayımı, ekstremizm, separatizm, rasizmin təbliğatı kimi yeni çağırışlara yol açır.

"Bu çağırışlar beynəlxalq əməkdaşlıq tələb edir və Azərbaycan buna hazırdır", - nazir müavini bildirib.

AŞ Bakı ofisi rəhbərinin müavini Teymur Məlik-Aslanov qeyd edib ki, hazırda AŞ İnternetdə azadlıq standartlarının müəyyən edilməsində aparıcı təşkilata çevrilib. Bu mənada dövlət orqanlarının, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələrini toplayan indiki konfrans dialoqun inkişafı və İnternet sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün yaxşı meydança sayılır.

Konfransda əsas məqsəd AŞ-nin standartları barədə məlumatlılığın artırılması, İnternet infrastrukturunun inkişafı və on-line jurnalistika üzrə azad müzakirələr üçün şəraitin yaradılmasıdır.

Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz deyib ki, ölkədə İnternetdə siyasi və ideoloji məhdudiyyətlər yoxdur. Bununla yanaşı texnoloji və iqtisadi xarakterli problemlər var. Belə problemlərin arasında regionlarda İnternetin keyfiyyətinin aşağı olmasını göstərib.

Bundan əlavə, provayder xidmətlərinin 50%-i dövlətə məxsusdur və real rəqabət yoxdur. Dövlət bazarda oyunçu qismində çıxış etməməlidir, yalnız tənzimlənmə ilə məşğul olmalıdır.

AŞ eksperti, Avstriyadan beynəlxalq hüquq üzrə professor Volfqanq Benedik İnternet azadlığının beynəlxalq-hüquqi əsaslarından danışıb.

O qeyd edib ki, İnternet azadlığı beynəlxalq-hüquqi standartların formalaşmasında Avropa Şurası liderdir. Əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları, AŞ Nazirlər Komitəsi, AŞPA, həmçinin AŞ insan hüquqları komissarının tövsiyələri hüquqi baza yaradır.

Benedekin sözlərinə görə, İnternetdə insan hüquqları hər sahədə olduğu kimi təmin edilməlidir.

Hər kəsin İnternetə sərbəst giriş imkanları olmalıdır. Bundan əlavə, dövlət bu sahədə əhalinin savadlılığını artırmalıdır.

İnternet azadlığı şəxsi həyata hörmət, təhlükəsizlik və s. məqsədlə məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər əsaslı, düşünülmüş olmalıdır. Mübahisəli vəziyyətlərdə ictimai maraqlar prioritet sayılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG