Accessibility links

Güneyli məhbusun həyat yoldaşı: Müsahibə verdiyim üçün işdən çıxardılar [Audio]


Əli Rzayi və xanımı Şiva Dadaşzadə
Əli Rzayi və xanımı Şiva Dadaşzadə

“Heç bir şəkildə dala oturmayacağam... həyat yoldaşımın durumu ilə bağlı hər zaman lazım olsa müsahibə verəcəyəm, Əli üçün güclü olmam lazim..,” deyə 2 ay öncə həbs edilmiş güneyli fəal Əli Rzayinin xanımı Şiva Dadaşzadə Amerikanın Səsi ilə söhbətdə İran təhlükəsizlik qurumunun təhdid və basqılarına rəğmən həyat yoldaşını müdafiə etməkdə davam edəcəyini vurğulayır.

Şiva Dadaşzadə: Ərimin azadlığı üçün mübarizə aparacağam!
please wait

No media source currently available

0:00 0:18:47 0:00
Direct link

Əslən Qərbi Azərbaycan vilayətindən olan türk fəal Əli Rzayi fevralın 4-də Tehranın Mehrabad hava limanında İranın cənub Bəndər Abbas şəhərinə gedərkən Ettelaat məmurları tərəfindən nəzarət altına alınıb.

Şiva Dadaşzadənin sözlərinə görə, məhkəmə həyat yoldaşını “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edir. Lakin məhkəmə nə Əli Rzayinin ailəsi, nə də vəkilinə onun hansı fəaliyyətlər səbəbi ilə bu ittihama məruz qaldığına dair məlumat verib.

Əli tutulduqdan sonra təkadamlıq kamerada saxlanılırdı. Orada da görüşmə icazəsi vermirdilər. Təqribən 50 gündən sonra onu zindanın karantin bölməsinə apardılar. Fikrimcə hələ oarada saxlanılır, ümumi bölməyə göndərilməyib...
Şiva Dadaşzadə

O, həbsdən sonra həyat yoldaşı ilə ancaq bir dəfə təsadüfi bir şəkildə məhkəmənin dəhlizində görüşdüyünü bildirir. Həyat yoldaşının xeyli çəki itirdiyini müşahidə edən Dadaşzadə fəalın uzun müddət aclıq aksiyası keçirdiyini önə çəkir.

“Əli tutulduqdan sonra təkadamlıq kamerada saxlanılırdı. Orada da görüşmə icazəsi vermirdilər. Təqribən 50 gündən sonra onu zindanın karantin bölməsinə apardılar. Fikrimcə hələ orada saxlanılır, ümumi bölməyə göndərilməyib...,” deyə Tehrandan Amerikanın Səsinə danışan Şiva xanım qeyd edir.

O, bu iki ay ərzində cəmi 3 dəfə və hər dəfə də bir dəqiqə, ya daha az həyat yoldaşı ilə telefon vasitəsilə danışdığını deyir. Söhbət ancaq salamlaşmaq həddində olub. Fəal həbs edilməsinin səbəbi ilə bağlı danışmayıb. “Başqa sözlər danışmağa icazə vermirlər,” deyə Dadaşzadə bildirir.

Mehrabad beynəlxalq aeroportu
Mehrabad beynəlxalq aeroportu

Milli fəalın ailəsi onun üçün vəkil tutub. Amma Şiva xanımın dediyinə görə, vəkilə nə məhbusla görüşmək, nə də onun məhkəmə işi ilə tanışlıq icazəsi verilib.

Həyat yoldaşının taleyi ilə bağlı məhkəmələr və digər qurumlara müraciət edib və mediaya müsahibə verən Şiva Dadaşzadə həm Ettelaat idarəsi, həm də təqribən iki həftə öncəyə qədər çalışdığı Payam Noor Universitetinin təhlükəsizlik qurumunun təhdid və basqılarına məruz qaldığını deyir.

Ettelaatın Təqib mərkəzinə (Sitad-i Peygiri) çağrıldım. Məmurlar ədəbsiz bir dillə məni təhdid etdilər. Dedilər ki, Əlinin işlərini təqib edib müsahibə verməyə davam etsəm məni rahat buraxmayacaqlar, işimdən edib və həbs edəcəklər.
Şiva Dadaşzadə

“Ettelaatın Təqib mərkəzinə (Sitad-i Peygiri) çağrıldım. Məmurlar ədəbsiz bir dillə məni təhdid etdilər. Dedilər ki, Əlinin işlərini təqib edib müsahibə verməyə davam etsəm məni rahat buraxmayacaqlar, işimdən edib və həbs edəcəklər,” deyə o bildirir.

Həmin təhdidlərin arxasınca Payam Noor Universiteti onun işinə son verib.

Psixologiya üzrə magistr dərəcəsi almış və Payam Noor Universitinin idarəetmə bölümündə çalışan Dadaşzadənin sözlərinə görə, universitet məsulları onu ilin son iş günündə (18 mart) çağıraraq yazılı şəkildə işdən çıxarıldığını bildiriblər.

O, bütün bunlara baxmayaraq həyat yoldaşının durumu ilə bağlı səylərinə davam edib və lazim olduğu zaman mediaya müsahibə verəcəyini vurğulayır.

XS
SM
MD
LG