Accessibility links

Sənan Mahmudov - Azərbaycanda ilk yerli masaüstü oyunun müəllifi [Audio-Müsahibə]


Azərbaycanda ilk yerli masaüstü oyunun müəllifi Sənan Mahmudov Amerikanın Səsinə deyir ki, onun kolleksiyasında 130-dan çox oyun var. Məhz bu maraq ona öz ideyasını həyata keçirməyə səbəb olub. O, şərq üslubuna oxşar "Grand Baazar" oyununu icad edib.

Sənan Mahmudov Azərbaycanda ilk yerli masaüstü oyunun müəllifidir
please wait

No media source currently available

0:00 0:11:01 0:00

İlk əvvəl dostları və ailəsi arasında bu oyunu sınaqdan keçirdikdən sonra Sənan bunun kommersiya məqsədi ilə istehsalına qərar verib.

"Grand Bazaar"-ın ilk buraxılışı 2015-ci ilin dekabr ayında baş verib.

Grand Bazaar - Masaüstü oyun
Grand Bazaar - Masaüstü oyun

Sənan deyir ki, oyun riyazi qabiliyyəti, bilik və bacarıqları genişləndirir. İqtisad nəzəriyyəsinə, birjanın fundamental prinsiplərinə əsaslanan oyun səkkiz və yuxarı yaş qrupları üçün nəzərdə tutulub.

Sənan şərq üslubunda oyunların oyun marketində rəğbətlə qarşılandığını deyir. Məhz buna gorə də, o bu trenddən istifadə edərək şərq üslubunda Azərbaycan motivlərinə əsaslanan oyunun dizaynına qərar verib.

"Grand Bazaar" oyununda istifadə olunan mexanika treydinq, resurs menecment və riyaziyyatdır.
Sənan Mahmudov - "Grand Bazaar" masaüstü oyunun müəllifi.

Sənan Amerikanın Səsinə məlumat verib ki, o bu il Almaniyada keçiriləcək beynəlxalq masaüstü oyunlar sərgisində iştirak etməyi planlaşdırır.

Müsahibənin tam versiyasını saytımızda dinləyin.

XS
SM
MD
LG