Accessibility links

Ekspertlər: Neft qiymətləri ən aşağı həddinə çatıb [Təhlil]


Neft qiymətləri düşməkdə davam etməyəcək. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, qiymətlərin düşməsinə OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı yol açıb.

ABŞ və digər ölkələrdə gündəlik hasilatın bu il 750 min barrelə enəcəyi təxmin edilir. Daha əvvəlki proqnozlara görə bu göstərici 600 min barrel təşkil edirdi. Təkcə Amerikada gündəlik neft hasilatı 530 min barrelə enəcək.

Neft qiymətlərinin düşməsini Rusiya kimi ölkələrin iqtisadiyyatına ciddi ziyan vurub

Energetika təhlilçisi Antoni Starkinin dediyinə görə, qiymətlər o dərəcədə düşüb ki, neft istehsalçıları nəqliyyat xərclərini ödəməkdə belə çətinlik çəkir. O deyir ki, xam neftin neftayırma zavodlarına göndərilməsi, hazır məhsulun tələbat duyulan yerlərə çatdırılması üçün böyük vəsait tələb olunur.

Ekspertlər xam neftin bir barrelinin hazırkı maya dəyərinin 10 dollardan az olduğunu deyir.

Yanacaq qiymətlərinin az da olsa artımı istehsalçılar üçün yaxşı xəbərdir. Lakin bəzi ölkələrdə dövlət büdcəsinin neft gəlirlərindən asılı olması ilə vəziyyət dəyişir. Bir barrel neftin dəyəri 100 dollardan artıq olduğu vaxt bu ölkələrin vəziyyəti yaxşı idi. İndi isə qiymətlər yarıdan çox düşüb.

​Starki neft qiymətlərinin düşməsini Rusiya kimi ölkələrin iqtisadiyyatına ciddi ziyan vurduğunu bildirir.

“Neft qiymətlərin 50 faiz azalması rublun dəyərini 50 faiz endirib.Zəif valyuta idxal qiymətlərinin bahalaşması deməkdir. Digər tərəfdən, neft qiymətlərinin artması Rusiya kimi ölkələr üçün müsbət tendensiya olacaq. Məsələn, əgər neftin barreli bir dollar artırsa, gündə 10 milyon barrel neft hasil edən Rusiya üçün bu, gündəlik əlavə 10 milyon dollar deməkdir."

Bir barrel neftin dəyəri nə qədər olmalıdır ki, istehlakçı bundan xeyir əldə edə bilsin? Sürücüləri nəzərə alaraq.

“İstehlakçı nəzərindən baxılsa, aşağı yanacaq qiyməti bizim mənfəətimizədir. İstehlakçı dəyərin 30-40, istehsalçı isə 90-100 civarında saxlanmasını istəyir. 60-70 dollar dəyərində yanacaq qiyməti hər iki tərəf üçün “mənfəətli” ortaq məxrəc ola bilər.“

ABŞ-da adətən yanacaq qiymətləri yay mövsümündə qalxır. Belə ki, isti hava şəraiti, buxarlanma və havanın çirklənməsi nəzərə alınır.

Ekspertlər bu yay bir qallon yanacağın dəyərinin 2 ollara yaxın olacağını təxmin edir.

60-70 dollar dəyərində yanacaq qiyməti hər iki tərəf üçün “mənfəətli” ortaq məxrəc ola bilər

Ekspert Platts Bentek hesab edir ki, gələn 2 il Amertikanın neft sənayesi üçün ağır dönəm olacaq. Onun fikrincə, qlobal istiləşmə, alternativ emerji mənbələrindən istifadə edilməsi faktorları nəzərə alınsa, bu sektorda nə zaman inkişaf müşahidə ediləcəyini söyləmək çətindir.

Starki deyir ki, İranın sanksiyaların ləğvi ilə beynəlxalq marketlərə çıxması vəziyyətə bir o qədər də təsir göstərməyib. İraq və Nigeriyanın boru xətlərinin saboyajlara məruz qalması neft ixracının dayandırılmasına səbəb olub. İranın neft hasilatı bu boşluqların heç olmasa birini doldurmuş olur.

Ekspertlərin fikrincə, marketlər üçün əsl imtahan bu kəmərlərin təmirindən sonra neft nəqlinin bərpası olacaq.

Nigeriya, İraq və Birləşmiş Ərəb Əmirliklərindəki problemlər OPEC-in fevral ayında gündəlik hasilatını 90 min barrel azaltmışdı.

XS
SM
MD
LG