Accessibility links

Moskvanı qoşunlarını Suriyadan çıxartmağa nə vadar edib? [Təhlil]


Suriyadan bu həftə Rusiya hərbi qüvvələrini qismən çıxarılmasını elan edən prezident Vladimir Putin 6 ay davam edən hərbi kampaniyanın hədəfinə çatdığını bildirib.


Rusiya lideri Suriyaya yerləşdirilən hərbi sürsatın beynəlxalq terrorizmə qarşı mübarizədə fundamental dəyişiklik etdiyini vurğulayıb.

Putin əlavə edib ki, Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi ABŞ-Rusiya sülh razılığını təminat altına almağa, bu həftə Cenevrədə BMT-nin rəhbərliyi altında planlaşdırılan sülh danışıqlarına kömək edib.

Əlbəttə ki, çox az adam Rusiyanın hərbi kampaniyasının regional müttəfiqi olan Suriya lideri Bəşər Əl-Əsədi siyasi və hərbi dəstəklə təmin etməyini sual edə bilər.


Əsəd qüvvələri Rusiya hava hücumlarının dəstəyilə quruda əldə etdikləri irəliləyişlə sülh danışıqlarında ABŞ və digər qərb güclərinin hər hansı etirazına qarşı yerlərini təminat altına alıblar.


Geosiyasi qazanc

Moskvada yerləşən Karneqi mərkəzindən təhlilçi Aleksander Baunov Amerikanın Səsinə bildirib ki, Rusiyanın Suriyada əsas məqsədi Əsəd rejiminin taleyindən çox özünün Krımı ilhaq etdikdən və Ukraynanın şərqində gedən müharibədən sonra yaranan beynəlxaql təcridə son qoymaqdır.


Baunov deyir ki, Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsi ilə Rusiya Ukrayna səhifəsini çevirib və Qərbi dialoqa getməsinə məcbur edib.


Baunov: “Əgər sən çıxmaq istəyirsən, ən yaxşısı atəşkəs zamanı ayrıl. Çünki sən ayrıldığını zaman qalibi kimi görsənəcəksən. Yox, əgər müharibə vaxtı ayrılsan, ele görünəcək ki, sən qaçırsan.”


Qoşunların gözlənilmədən çıxarılması

Moskvanın Suriyanı tərk etməsi, Yekaterinbuqda yaşayan siyasi təhlilçi Fyodor Kraşeninnikov üçün təşviş kimi görünür.


“Əgər bu, planlaşdırılmış olsaydı, siz qələbəni qeyd edən daha diqqətli propaqanda səhnəsi görərdiniz. ”


Kraşeninnikov deyir ki, Kremlin İslam Dövləti qrupunu darmadağın etdiyini deməsinə baxmayaraq, qrup Suriyada təhlükə olaraq qalır.


O, İslam Dövləti qrupunun keçən il Sinay körfəzində Metro Jet 9268 təyyarəsini vurmasını xatırladır. Terror hücumu nəticəsində əsasən Rusiya vətəndaşları olmaqla, 224 sərnişin həlak olmuşdu.


“Hər yerdə Putinin qələbəsindən danışırlar. Lakin mən bunu görmürəm,” deyə Kraşeninnikov bildirir.


İqtisadi təzyiq?


Rusiya müxalifətinə aid olan internet saytlarından “Open Russia”nın jurnalisti Konstantin von Eqqetin yazısına görə, Rusiya sadəcə olaraq iqtisadi reallığa boyun əydi. Sanksiyalar üzündən və neft qiymətinin düşməsi iqtisadiyyatı zəiflətdi. Buna görə Kreml Suriya və Ukraynada apardığı hərbi kampaniyaya çox dözə bilmədi.


“Qoşunların sülh danışıqları ərəfəsində çıxarılması, Rusiyanın gələcəkdə ciddi danışıqlar aparmaq niyyətini zəiflədib,” deyə o vurğulayıb.

Sovet Əfqanıstanı 2.0

Dumanın sabiq sözçüsü və hazırda Rusiya müxalifətinin üzvü Vladimir Rijkov Amerikanın Səsinə bildirib ki, onun Rusiyanın Suriyada hərbi kampaniyasına razı olmasına baxmayaraq, Putinin məntiqli olaraq Rusiya hərbi qüvvələrini Suriyadan çıxarması xəbərini alqışlayır.


Rijkov bu addımı Kremlin Suriya münaqişəsinin ikinci Sovet Əfqanistanına dönəcəyini anladığı üçün atdığını düşünür. Əfqanistan müharibəsi zamanı minlərlə Sovet əsgəri və Əfqan qüvvələri həlak olmuşdu.


“Putin və bizim generallarımız həmin regionun nə qədər təhlükəli olduğunu yaxşı başa düşür. Heç şübhə yoxdur ki, Əfqanistan təcrübəsi onlara Suriyaya minimal müdaxilə etməyə səbəb oldu. Prosesə başlayıb, altı ay ərzində regionu tərk etmək,” deyə Rijkov bildirir.


Qoşunların çıxarılması doğrudurmu?


Bu arada, Rusiyanın Suriya münaqişəsində yeni addımı suallar meydana gətirir.

Çərşənbə axşamı günü prezident bəzi Rusiya qüvvələrinin, hava gücünü və S-400 hava hücumuna qarşı mübarizə batalionunu Rusiyanın Suriyadakı hərbi hava bazasında qalacağını elan edib.

Bir çox təhlilçi düşünür ki, sülh danışıqlarında hər hansı mənfi nəticə Rusiyanın münaqişəyə yenidən qoşulacağına səbəb ola bilər.

Kremlin dəstəklədiyi media orqanından jurnalist Maksim Şevçenko Rusiyanın qoşunlarını çıxarmasını taktiki addım adlandıraraq bunun Suriyada sülh prosesinə dəstək olduğunu feysbuk hesabından açıqlayıb.

“Əgər hava müdafiə sistemi hərbi bazada qalsa, bu, qoşunları çıxartmaq deməkdir?”

Şevçenkonun açıqlamasında olduğu kimi Rusiyanın müdafiə naziri Suriyada hava hücumlarının davam etdiyini elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG