Accessibility links

Məhəmməd Rza Təbrizli: Mahnılarımın mövzusu millətin oyanışıdır [Audio & Video]


Məhəmməd Rza Təbrizli
Məhəmməd Rza Təbrizli

Norveçdə mühacirətdə yaşayan güneyli müğənni Amerikanın Səsinə müsahibə verib

Məhəmməd Rza Təbrizli güneydə musiqi sahəsində çalışdığı dönəmlərdə çətinliklər və basqılarla üzləşdiyi üçün adətən yoldaşları ilə bərabər gizli şəkildə məşq etdiyini deyir.

Norveçdə mühacirətdə yaşayan güneyli müğənni və diaspora fəalı Amerikanın Səsinə müsahibədə öz sənət faəliyyəti, İran Azərbaycanını tərk etməsinin səbəbləri, eləcə də özü və digər musiqiçilərin İran İslam Respublikasının basqılarına məruz qalması haqqında danışmaqla bərabər xaricdəki fəaliyyətlərini də şərh edib.

Məhəmməd Rza Təbrizli: Mahnılarımın mövzusu millətin oyanışıdır
please wait

No media source currently available

0:00 0:15:54 0:00
Direct link

O, həmçinin Norveçdə fəaliyyət göstərən əməkdaşı olduğu Azərbaycan Səsi radiosunun proqramları ilə bağlı məlumat verib.

O zamanlar basqı çoxuydu... Misal üçün tar çalan tarı öz qabında apara bilməzdi, bir qutuda aparardı, ya qarmonçu qarmonu torba içində daşıyardı. Musiqi evi yoxuydu. Biz Həsən ağanın qarajında məşq edərdik. Böyük yük maşını, treyler qaraj ya qapının önündə işləyə işləyə qalardı ki, musiqi səsi eşiyə çıxmasın.
Məhəmməd Rza Təbrizli

Təbrizli müğənni musiqi sahəsində əsasən Həsən Dəmirçinin yanında dərs aldığını, eləcə də məşhur "Ayrılıq" mahnısının müəllifi mərhum Əli Səlimi ilə birgə fəaliyyət apardığını açıqlayır.

Müğənni o dövrdə sənət fəaliyyətini ağır təzyiqlər və basqılar içində yürütdüyünü qeyd edir:

“O zamanlar basqı çoxuydu... Misal üçün tar çalan tarı öz qabında apara bilməzdi, bir qutuda aparardı, ya qarmonçu qarmonu torba içində daşıyardı. Musiqi evi yoxuydu. Biz Həsən ağanın qarajında məşq edərdik. Böyük yük maşını, treyler qaraj ya qapının önündə işləyə işləyə qalardı ki, musiqi səsi eşiyə çıxmasın.”

Təbrizli həmin qarajda məşq edərkən özü də daxil olmaqla, təxminən 20 nəfərin məmurlar tərəfindən nəzarət altına alındığını bildirir.

Sonralar sənət fəaliyyətlərini davam etmək üçün Türkiyəyə gedən müğənni təxminən 3 il yerli mahnılar sənətçisi kimi Türkiyə Radio və Televiziya Qurumu (TRT) üçün çalışmaqla yanaşı müxtəlif TV kanallarının proqramlarında iştirak edib.

Həbsdən çıxdıqdan sonra güneyi tərk etməyə məcbur qaldım.
Məhəmməd Rza Təbrizli

O, Türkiyədən güneyə döndüyü zaman yeni basqılarla üzləşdiyini deyir:

“Sonra, təkrar Güney Azərbaycana döndüyümdə sorunlarım çoxaldı. Türkiyədə olduğum zaman millətçi qruplar və fondlarla əlaqədə olmağım və birgə fəaliyyətlər aparmağım üçün qayıdanda çoxlu sorunlar yaşadım və tutuqlandım. Həbsdən çıxdıqdan sonra güneyi tərk etməyə məcbur qaldım.”

Norveçə köçdükdən sonrakı fəaliyyətlərini şərh edən Məhəmməd Rza Təbrizli mühacir sənətçilərin Avropada qarşılaşdığı çətinliklərə də diqqət çəkir.

Güneyli sənətçi bu çətinliklərə baxmayaraq yerləşdiyi yeni ölkədə də həm türkcə, həm Norveç dilində musiqi fəaliyyətini davam etdirərək konsertlər verməyi bacardığını, hətta Norveç liderləri tərəfindən mükafatlara layiq göründüyünü söyləyir.

Təbrizli İran Azərbaycanının şəhərləri haqqında ifa etdiyi mahnıları ilə bağlı Amerikanın Səsinə məlumat verir. “Mahnılarımın mövzusu millətin oyanışıdır,” deyə o dilə gətirir.

XS
SM
MD
LG