Accessibility links

Cəsədləri İordan Çayının Qərb Sahilində aşkar edilən yeniyetmələr dəfn edildi


Üç həftəyə yaxınıdr itkin düşən və cəsədləri İordan Çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.

İsrail hərbi qüvvələri itkin düşən yeniyetmələrin cəsədlərinin bazar ertəsi tapılmasından sonra onların oğurlanmasında şübhəli bilinən iki nəfərin evində reyd keçirib.

Televiziya ilə hərbçilərin bu gün səhər tezdən Hevron şəhərində yaşayan Əmir Əbu Ayşenin evind reyd keçirdiyi etdikləri nümayiş etdirilib. Şahidlər İsrail həbiçilərinin eyni şəkildə bu gün Mərvan Qəvasmehin də evində reyd keçirdiyini deyib.

İsrail hər iki şəxsin yeniyetmələrin oğurlanmasında əli olmadığını deyən Həmas qrupunun üzvü olduqlarını bildirir.

İsrailin baş naziri Benyamin Netanyahu yeniyetmələrin öldürlüməsinin Həmasa baha başa gələcəyini deyib.

İyun ayının 12-i məktəbdən evə qayıdarkən itkin düşən biri 19, ikisi isə 16 yaşlarında olan gənclərin cəsədləri məktəb ərazinə yaxın Halhul kəndi ətrafında aşkar edilib.


Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG