Accessibility links

İlham Şaban: Azərbaycan barelə bir dollar itirsə, bu, günə 700 min dollar edir [Video]


İlham Şaban: Azərbaycan gündə bir dollar itirsə, bu 700 min dollar edir
please wait

No media source currently available

0:00 0:05:35 0:00

İlham Şaban: Azərbaycan gündə bir dollar itirsə, bu 700 min dollar edir

Neft Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində son dövrlər neftin qiymətlərinin düşməsinin Azərbaycana təsirləri, Azərbaycanın enerji layihələri və Avropaya Azərbaycan qazının çatdırılması ilə bağlı yaranan problemlərdən danışıb.

Amerikanın Səsi: Neftin qiymətinin aşağı düşməsindən Azərbaycanın ziyanları nə qədərdir?

İlham Şaban: İş burasındadır ki, Rusiyanın maliyyə nazirliyi açıqlayıb ki, sanksiyalar və neftin ucuzlaşmasından Rusiyaya təqribən 200 milyard dollar ziyan dəyib. Ancaq, Azərbaycanda müvafiq qurumlar bununla bağlı heç bir rəqəm göstərməyib. Neftin qiyməti 2013-cü ildə 109 dollar olmuşdursa, 2014-cü ildə bu 101 dollara düşüb. Azərbaycanın ziyanının nə qədər olduğu barədə bir rəqəm açıqlanmadı.

Amerikanın Səsi: Son dövrlərdə neftin qiyməti 50 dollardan da aşağı düşüb. Belə olan halda itkilər nə qədərdir?

İlham Şaban: Azərbaycan təqribən yanvarda orta hesabla sutkada 700 min barel neft ixrac edib. Buna gündəlik baxsaq (hər gün qiymətlər bur-iki dollar dəyişir) hər gün bir dollar itirdikdə 700 min dollar edir.

Amerikanın Səsi: Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə yenidən baxmasına səbəb olsa bilərmi?

İlham Şaban: Təbii ki, cari il üçün neftin büdcədə orta ixrac qiyməti 90 dollar hesablanlıb. 2015-ci ildə neftin ortaq qiymət 60 dollardan çox olmayacaq. Çünki ilin birinci ayı 50 dollardan aşağı olub. Mən bir neçə rəqəm demək istəyirəm. Əgər qiymət 60 dollar olduğu təqdirdə neft sektorundan ancaq vergilərdən büdcəyə daxil olmalar 600 milyon manatdan (2014-cü ildə neft sektorunun vergi öhdəliyi 2,3 milyard manat olub) aşağı olacaq. Dövlət Neft Fondu isə 2014-cü illə müqayisədə təqribən 5,5 milyard dollaradək (2014-cü ildə Neft Fondunun gəlirləri 15 milyard dollara yaxın olub) proqnozdan aşağı gəlir əldə edəcək.

Amerikanın Səsi: Avropa ölkələri Rusiyadan qaz asılılığı ilə bağlı bir qayda olaraq bəyanatlar verir. Ukrayna böhranı bunu bir qədər də aktuallaşdırdı. Belə bir vaxtda Azərbaycan qazının Avropaya çatdırılmasının gecikdirilməsi nə ilə bağlıdır?

İlham Şaban: Həqiqətən rəsmi Brüssel, o cümlədən Avropa ölkələri tərəfindən yeridilən siyasət çox mürəkkəbdir, başa düşülən deyil. Əgər Cənub Qaz Dəhlizinə üç qaz kəmərinin vəhdəti kimi baxırıqsa, bunlar da eyni vaxtda reallaşmağa başlayacaqsa, necə olur ki, təqribən 1910 kilometrlik TANAP (Transanadolu Qaz Boru Kəməri) layihəsinin Türkiyə ərazisində tikintisi 2018-ci ildə başa çatıb reallaşır, ancaq cəmi 870 kilometr olan TAP (Transadriatik Qaz Boru Kəməri) kəməri 2020-ci ildə gerçəkləşir.

Yəni Azərbaycan qazı yalnız 2020-ci ilin ikinci rübündə Avropa bazarına çatdırılacaq. Bu baxımdan da heç cür anlamaq olmur ki, Avropa Azərbaycan qazının öz bazarına idxalında nə qədər səmimidir. Bunun başqa bir açılışı da var. Azərbaycan qazı Yunanıstan üzərindən Bolqarıstana da gedəcək, qaz təkcə İtaliya bazarı üçün nəzərdə tutulmayıb.

Bu Şərqi Avropa ölkələridirsə Avropa orada birləşdirici kəmərlər sistemini nə qədər tez tikərdisə Azərbaycan qazı Türkiyə üzərindən İtaliya bazarına daha şaxələnmiş şəkildə üz tuta bilərdi. Axı, 2019-cu ildə Rusiya Ukrayna üzərindən tranziti dayandıra bilər. Bu baxımdan Avropanın tutduğu mövqe başa düşülən deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG