Accessibility links

Həbib Azərsina: "Yaşasın Azərbaycan" bizim ürək sözümüzdür


Həbib Azərsina: "Yaşasın Azərbaycan" bizim ürək sözümüzdür
please wait

No media source currently available

0:00 0:08:38 0:00
Hər il olduğu kimi bu il də İran Azərbaycanının şəhərlərində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlər həbslərlə müşayiət olub.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Beynəlxalq Ana Dili Günü tədbirləri ilə bağli İran Azərbaycanında kütləvi həbslər zamanı nəzarət altına alınmış onlarla fəal hələ də həbsdə qalır. Milli fəllar ana dili günü ilə əlaqədar həbsləri prezident Həsən Ruhaninin İranda yaşayan milli azlıqların dil və mədəni hüquqlarının təmin ediləcəyinə dair seçki kampaniyası zamanı verdiyi vədlərə əməl etməməsi kimi dəyərləndirir.

İran Azərbaycanında ana dilində təhsil hüquqları uğrunda mübarizə məsələsini Amerikanın Səsinə müsahibədə azərbaycanlıların mədəni hüquqlarının müdafiəçisi, ABŞ-da yaşayan güneyli fəal Həbib Azərsinailə müzakirə etmişik.


“6-cı sinfi bitirmək o zaman böyük bir naliyyət sayılırdı”
​Həbib Azərsina hər il ana dili günü İran Azərbaycanının böyük şəhərləri və eləcə də paytaxt Tehranda dil hüquqlarının təmin olunması tələbilə milli fəalların aksiyalar təşkil etdiyini və bu tədbirlərin iştirakçılarının həbs edildiyini bildirib. Onun sözlərinə görə, Həsən Ruhaninin seçki kampaniyası zamanı verdiyi vədlərə görə hadisələrin bu il fərqli ola biləcəyi düşünülürdü, lakin həbslər milli fəalların gözlədiklərinin tam əksinin baş verdiyini göstərir. O, azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəni dinc yolla davam etdirəcəyini deyib.

"İran hökuməti “Yaşasın Azərbaycan” sözü ilə mübarizə etmir...artıq Azərbaycan fəalları bunu İran hökumətinə qəbul etdiriblər ki, “Yaşasın Azərbaycan” bizim ürək sözümüzdür ”
Həbib Azərsina şəxsi həyatından xatirələrlə bölüşərək, azərbaycanlı uşaqların məktəbə gedən zaman vərdiş etdikləri adi şəraitdən tamamilə fərqli bir mühitə düşdüyünü qeyd edib. O, bildirib ki, tam fərqli və yad şəraitə düşən azərbaycanlı uşaqların təhsillərini davam etdirməsi qarşısında böyük çətinliklər yaranır. “6-cı sinfi bitirmək o zaman böyük bir naliyyət sayılırdı”-deyə o bildirib.


Lakin Hərbi Azərsina gələcəyə ümidlə baxdığını deyib. Onun sözlərinə görə, azərbaycanlılar idman yarışlarından tutmuş, imkan olan hər yerdə öz tələblərini hökumətə çatdırmağa çalışır. “Zaman bunu tələb edir...İş o yerə çatıb ki, artıq İran hökuməti “Yaşasın Azərbaycan” sözü ilə mübarizə etmir...artıq Azərbaycan fəalları bunu İran hökumətinə qəbul etdiriblər ki, “Yaşasın Azərbaycan” bizim ürək sözümüzdür ”-deyə o bildirib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG