Accessibility links

Davud Turan: Güney saytları tərəfsiz xəbər qaynağı olmağa çalışmalıdır [Audio]


Davud Turan
Davud Turan

Davud Turan güneyli fəallar arasında media və jurnalistika sahəsində təhsil almış bacarıqla kadrların mövcud olmadığını deyir.

please wait

No media source currently available

0:00 0:17:51 0:00
Direct link

Siyasi ekspert Amerikanın Səsi ilə söhbətdə İran, Türkiyə və Azərbaycan Respublikasında fəaliyyət göstərən media, eləcə də internet səhifələri və sosial şəbəkələr üzərində güneyli fəalların nüfuzu və onların hazırladığı xəbərlərə ayrılan diqqəti dəyərləndirərək, güney saytlarında bölgədə baş verən olayların müxtəlif dillərdə işıqlandırılması haqqında düşüncələrini ifadə edib.

Davud Turan həmçinin, güneyli fəallar arasında jurnalistika fəaliyyətlərinin durumu və milli hərəkatın bu sahəyə verdiyi önəmi qiymətləndirib.

Təbii ki siyasi bir təşkilatın əlində olan media tərəfli olacaqdır. Ancaq, tərəfli olsa da standart bir dil və üslubun ortaya qoyulması şərtdir. O üsluba diqqət edilməlidir... Eləcə də müxtəlif sahələr üçün gərəkli diqqət ayrılmalıdır, misal üçün sadəcə siyasi məhbuslarımız deyil bütün insan haqları pozuntuları o cümlədən, azlıqların problemlərinə önəm vermək və hamısının xəbərini yaymaq gərəkir.
Davud Turan

Turanın sözlərinə görə, güneyli qruplar, siyasi təşkilatlar və ya fəalların tərəfsiz və etibarlı xəbər qaynaqları yaratmaq istiqamətində fəaliyyətləri müxtəlif səbəblər üzündən uğur qazana bilməyib.

“Azərbaycan Respublikasının mediasında güneyli fəallar tərəfindən hazırlanmış xəbərlərdən nisbətən istifadə olunur. Ancaq bəzi səbəblərə görə bu xəbərlər Türkiyə mediasına yol tapa bilmir,” deyə güneyli fəal qeyd edir.

Onun fikrincə, Türkiyə mediasında güney saytlarının xəbərlərinə yer verilməməsi probleminin bir hissəsi Güney Azərbaycan Milli Hərəkatının mahiyyəti, bir bölümü isə xəbərlərin hazırlanma üslubu ilə əlaqəlidir.

“Bu mövzuda bəzi məsələlərə diqqət ayırmaq lazimdir. O cümlədən, xəbər hansı formada və necə bir dillə yazılsın ki, Türkiyə mediasında yayılmaq üçün işlənə bilsin,” deyə Davud Turan söyləyir.

Turan həmçinin, bir xəbər qaynağının tərəfsiz olması və bu tərəfsizliyini göstərə bilməsinin önəmini vurğulayır. O, bu kontekstdə güney saytlarının uğurlu olmadığını deyir.

“Bizim hər gün yenilənən veb səhifəmiz barmaqla sayıla bilər. Bunlar da yaydıqları xəbərləri adətən birinci əldən deyil, başqa yerlərdən alırlar. Bizim saytların ancaq həbs edilən milli fəallarla bağlı yaydığı xəbərlər birinci əldən alınır,” deyə Turan güneyli fəalların idarə etdiyi xəbər saytlarının problemlərinə işarə edir.

Bizim qəzetçilik sahəsində bacarıqlı və eyitim görmüş kadrlarımız yoxdur. Bu sahədə təhsil almış biri həyatını da elə buradan təmin edə bilməlidir, ancaq güney təşkilatlarında bunu maliyələşdirəcək güc və imkan yoxdur.
Davud Turan

O, güneyli fəallar arasında peşəkar jurnalistlərin mövcud olmadığını önə çəkir.

“Bizim qəzetçilik sahəsində bacarıqlı və təhsilli kadrlarımız yoxdur. Bu sahədə təhsil almış biri həyatını da elə buradan təmin edə bilməlidir, ancaq güney təşkilatlarında bunu maliyələşdirəcək güc və imkan yoxdur,” deyə Amerikada mühacirətdə yaşayan güneyli fəal dilə gətirir.

Davud Turan mənsub olduğu Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) üzvləri tərəfindən idarə edilən veb səhifələrdə yürüdülən siyasətlə bağlı Amerikanın Səsinin sualını cavablandırıb.

“AMDT bir siyasi təşkilatdır və təbii ki, siyasi bir təşkilatın əlində olan media tərəfli olacaqdır. Ancaq tərəfli olsa da, standart bir dil və üslubun ortaya qoyulması şərtdir. O üsluba diqqət edilməlidir... Eləcə də müxtəlif sahələr üçün gərəkli diqqət ayrılmalıdır, misal üçün sadəcə siyasi məhbuslarımız deyil,bütün insan haqları pozuntuları o cümlədən, azlıqların problemlərinə önəm vermək və hamısının xəbərini yaymaq lazımdır,” o əlavə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG