ABŞ konqresmeni Dana Rohrabaker Amerikanın Səsinin İranda etnik azərbaycanlılar üçün Azərbaycan türkcəsində proqramlar yayımlamağa başlamalı olduğunu deyib.
Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibə verən konqresmeni Azərbaycan türkcəsində proqramlarla bağlı qanun layihəsini Konqresə təqdim etdiyini bildirib.
Kaliforniya ştatını təmsil edən konqresmen Daha Rohrabaker deyib ki, İranda etnik azlıqlar, o cümlədən Azərbaycan Türklərinin azadlıqlar və öz mədəni hüquqları uğrunda mübarizəsinə dəstək məqsədilə ABŞ hökuməti hazırda maarifləndirmə sahəsində səylərini gücləndirməlidir.
“Biz indi maarifləndirmə istiqamətində səyləri artırmalıyıq və bu işlərdən biri Amerikanın Səsinin İran xalqı üçün, azından İranda çox sayda insan üçün Türk dilində proqramlar yayımlamağa başlamasından ibarətdir. Bu, onların dilidir. Mən Amerikanın Səsinin İranda Türk dilində proqramlarını yayımlamağa başlaması üçün qanun layihəsi təqdim edib, bu haqda müraciət göndərmişəm”-deyə konqresmen Dana Rohrahbaker bildirib.
Keçən il ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində "İranın Cənubi Qafqaz və Ətraf Regionda Təsiri" dinləmələr zamanı çıxış edən konqresmen Rohrabaker İran İslam Respublikasını “qanqster rejimi” adlandıraraq, onun Azərbaycan Türklərinin hüquqlarını kobud şəkildə pozduğunu bildirmişdi.
Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibə verən konqresmeni Azərbaycan türkcəsində proqramlarla bağlı qanun layihəsini Konqresə təqdim etdiyini bildirib.
Biz indi maarifləndirmə istiqamətində səyləri artırmalıyıq və bu işlərdən biri Amerikanın Səsinin İran xalqı üçün, azından İranda çox sayda insan üçün Azərbaycan dilində proqramlar yayımlamağa başlamasından ibarətdir. Bu, onların dilidir.