İran Azərbaycanında May aksiyalarının ildönümünə hazırlıqlar gedir. 2006-ci ildə “İran” qəzetində nəşr edilmiş alçaldıcı karikatura güney azərbaycanlılar arasında böyük narazılığa və bunun ardınca geniş aksiyalara səbəb olmuşdu. Etiraz nümayişlərində yüzlərlə azərbaycanlı fəal həbs edilmiş, ölənlər olmuşdu. Azərbaycan Milli Dirəniş Təşkilatının ictimai əlaqələr və media üzrə nümayəndəsi Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə May hadisələrinin ildönümünü müzakirə edib.
Babək Çələbiyanlı 22 may hərəkatının həm Güney Azərbaycanında, həm də dünya ölkələrində yaşayan azərbaycanlı milli fəallar tərəfindən qeyd edildiyini bildirib. Bu il onun sözlərinə görə, güneyli fəallar may hadisələrinin ildönümü münasibətilə Ankara, Vaşinqton, London və Avropanın bir sıra başqa şəhərlərində aksiyaların keçirilməsini planlaşdırıb.
Lakin Babək Çələbiyanlı Güney Azərbaycanda siyasi atmosferin açıq olmadığını qeyd edərək, Azərbaycan türklərinin 22 May, eləcə də Beynəlxalq Ana Dili günü kimi mədəni hüquqlarının tanınması tələbilə aksiyalar keçirməsinə icazə verilmədiyini bildirib.
Azərbaycan Milli Dirəniş Təşkilatının nümayəndəsi 2006-cı ildə may hadisələri zamanı Azərbaycan türklərinin alcaldıcı karikaturaya ümumi etiraz hərəkatı yaratdığını deyib. O, yüzlərlə fəalın həbs edildiyini, uzunmüddətli həbs cəzaları aldığını və bəzi fəlların hər hansı bir vaxt həbs oluna bildiyini qeyd edib. “Onların dosyeləri açıqdır, yəni azad edilsələr də, istədikləri vaxt onları yenə də təkrar həbsə ala bilərlər”-deyə Babək Çələbiyanlı bildirib.
Onun sözlərinə görə, fəalların bir hissəsi ölkəni tərk edərək, indi xarici ölkələrdə mühacirətdə yaşamalı olub.
Babək Çələbiyanlı 2006-cı ildə 22 May hadisələrinin tarixi əhəmiyyətindən danışaraq, deyib ki, əgər əvvəllər siyasi fəallıq əsasən milli fəallardan ibarət bir qrup ziyalı və tələbə arasında müşahidə edilirdisə, may etirazları artıq xalqın öz iradəsini ifadə etmək istədiyini nümayiş etdirdi.