Ukrayna rəsmiləri separatçıların nəzarətində olan Donetsk şəhərindən cənubda avtobusa mərmi, ya da raketin atılması nəticəsində 10 mülki vətənşdaşın öldüyünü bildirib.
Ukrayna şərqində Rusiya tərəfdarı separatçılara qarşı hərbi əməliyyatlar aparan hökumət qüvvələrinin mətbuat mərkəzindən verilən məlumata görə, üsyançıların Volnovaxa şəhəri yaxınlığındakı hərbi yoxlama məntəqəsində QRAD tipli raket atan qurğudan atəş açması nəticəsində 10 nəfər mülki vətəndaş həlak olub 13 nəfər yaralanıb.
Ukrayna mətbuatı mərkəzi Kiyev hökumətinə tabe olan Donetsk regionunun daxili işlər departamentinin başçısı Vyaçeslav Abroşkinə istinadən avtobusun yoxlama məntəqəsindən keçən vaxt üsyançıların artilleriyası tərəfindən vulruduğu haqda məlumat verib.
Rusiyanın TASS xəbər agentliyi separatçıların özünü Donetsk Xalq Respulikası elan etdiyi qurumun müdafiə nazirliyinə istinadən üsyançı qüvvələrin insidentlə əlaqəsi olmadığını və bunun Ukrayna hökumətinin provokasiyası olduğunu bildirib.
İnsidentin baş verməsi haqda xəbərlər Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin Ukrayna böhranı ilə əlaqədar planlaşdırılan görüşünün təxirə salındığı bir vaxt verilib. Görüş dörd ölkənin xarici işlər nazirinin Berlində görüş keçirib, lakin sentyabr ayında Kiyev hökuməti ilə üsyançılar arasında atəşkəsə dair razılığa əməl olunması istiqamətində inkişaf əldə edə bilməməsindən sonra təxirə salınıb.