“Prezident Həsən Ruhani dönəmində İranın xarici siyasəti ölkənin əsas prinsipləri baxımından dəyişməsə də, söyləm/diskursiya etibarı ilə dəyişəcək,” deyə siyasi ekspert Kərim Əsgəri proqnozlaşdırır. Ankara Universiteti beynəlxalq münasibətlər fakültəsində doktorluq dərəcəsi üzərində çalışan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə Həsən Ruhani höküməti dönəmində İranın xarici siyasəti və Qərb ölkələri habelə qonşuları ilə münasibətlərdə aparılacaq mümkün islahatları, həmçinin bu dəyişikliklərin Azərbaycan türklərinə təsirlərini şərh edib.
Kərim Əsgəri yeni prezidentin öz tonunda fundamental dəyişiklik aparacağına əmin olduğunu deyir: “Əhmədinejad dönəmində İran İslam Respublikası hücumçu bir xarici siyasət yürdürdü, ancaq Həsən Ruhani gərginliyi azaltmaq istiqamətində hərəkət edəcəyini vurğulayır. Həsən Ruhani prezident seçilməmişdən öncə də Əhmədinejadın xarici siyasətini tənqid edirdi. Buna görə də indi gözlər İranın üzərdindədir və yeni prezidentin aparacağı reformları monitor edirlər.”
“Həsən Ruhani yolbilən birisidir. Onun xarici işler naziri olaraq seçdiyi Məhəmməd Cavad Zərif də təcrübəli bir siyasetçidir. Məncə Ruhani dönəmində İran İslam Respublikasının siyasətlərində böyük dəyişikliklər aparılmasa da söyləmlər bir miqdar dəyişəcəkdir,” deyə ekspert əlavə edir. O, Həsən Ruhaninin öz rəsmi veb səhifəsində Yəhudilərə dini bayramları münasibəti ilə təbrik mesajı göndərməsini həmin siyasətin istiqamətində bir addım kimi qiymətləndirir.
Cənab Əsgəri İran İslam Respublikasının xarici siyasətində mümkün dəyişikliklərin ölkə daxili və o cümlədən Azərbaycan türkləri üzərində necə təsir buraxacığını da şərh edib: “İran kimi dövlətlər əsasən varlıqlarını böhranlarla yaşadalarlar. Bu üzdən də xarici böhran olmadığında daxili böhranlar yaradarlar. Bu durumda Azərbaycan fəalları iki siyasət izləməlidir; içəridəki fəallar içərinin şərtlərini nəzər alaraq, yaranan fursətlərdən istifadə edib bəzi istəkləri, o cümlədən ana dili və çevrə ilə bağlı tələblərini irəli sürə bilərlər. Xaricdəki fəallar isə lobbiçilik üzərində çalışmaları gücləndirə bilərlər.”
Beynəlxalq münasibətlər ekspertinin fikrincə Suriya hakimiyyətinə qarşı Qərbin mümkün hərbi mudaxiləsi İran tərəfindən ciddi və kəskin bir təpki ilə qarşılanmaz:
“Yaxın tarixdə baş verən İraq və Əfqanistan muharibələrində İranın göstərmiş olduğu təpkiyə baxa bilərik. İran regional bir güc olsa da qlobal bir güc deyidir, buna görə də Amerika və digər qərb ölkələri ilə müstəqim savaşa girməz. Keçmişdə də girməmiş. Ancaq, İraqda etdiyi kimi dolaylı yollardan mudaxilə etmək istər, o cümlədən döyüşçü partizan qrupları dəstəkləyərək.”
Güneyli ekspert Həsən Ruhaninin İrşad və Mədəniyyət Naziri Əli Cənnətinin İranı fars yurdu adlandırması və dünya farsdillilərini bir daha bir araya gətirmək uğrunda siyasət yürdücəyi ilə bağlı sözlərinə də münasibət bildirib: “İran İslam Respublikası ideoloji bir nizamdır. Bu ideologiyanın bir tərəfi şiəçilik, bir tərəfi isə farsçılıqdır... Bu sadəcə Ruhani dönəminə aid olan bir siyasət deyil... Əlbəttə bu arada digər farsdilli ölkələrin də siyasəti önəmlidir. Misal üçün Tacikistan İrana çox yaxınlaşmaq istəmir. Buna görə də, məncə İrşad nazirinin bu söhbətləri daha çox daxili məsrəf üçündür.”
Kərim Əsgəri yeni prezidentin öz tonunda fundamental dəyişiklik aparacağına əmin olduğunu deyir: “Əhmədinejad dönəmində İran İslam Respublikası hücumçu bir xarici siyasət yürdürdü, ancaq Həsən Ruhani gərginliyi azaltmaq istiqamətində hərəkət edəcəyini vurğulayır. Həsən Ruhani prezident seçilməmişdən öncə də Əhmədinejadın xarici siyasətini tənqid edirdi. Buna görə də indi gözlər İranın üzərdindədir və yeni prezidentin aparacağı reformları monitor edirlər.”
“Həsən Ruhani yolbilən birisidir. Onun xarici işler naziri olaraq seçdiyi Məhəmməd Cavad Zərif də təcrübəli bir siyasetçidir. Məncə Ruhani dönəmində İran İslam Respublikasının siyasətlərində böyük dəyişikliklər aparılmasa da söyləmlər bir miqdar dəyişəcəkdir,” deyə ekspert əlavə edir. O, Həsən Ruhaninin öz rəsmi veb səhifəsində Yəhudilərə dini bayramları münasibəti ilə təbrik mesajı göndərməsini həmin siyasətin istiqamətində bir addım kimi qiymətləndirir.
Cənab Əsgəri İran İslam Respublikasının xarici siyasətində mümkün dəyişikliklərin ölkə daxili və o cümlədən Azərbaycan türkləri üzərində necə təsir buraxacığını da şərh edib: “İran kimi dövlətlər əsasən varlıqlarını böhranlarla yaşadalarlar. Bu üzdən də xarici böhran olmadığında daxili böhranlar yaradarlar. Bu durumda Azərbaycan fəalları iki siyasət izləməlidir; içəridəki fəallar içərinin şərtlərini nəzər alaraq, yaranan fursətlərdən istifadə edib bəzi istəkləri, o cümlədən ana dili və çevrə ilə bağlı tələblərini irəli sürə bilərlər. Xaricdəki fəallar isə lobbiçilik üzərində çalışmaları gücləndirə bilərlər.”
Həsən Ruhani yolbilən birisidir. Onun xarici işler naziri olaraq seçdiyi Məhəmməd Cavad Zərif də təcrübəli bir siyasetçidir. Məncə Ruhani dönəmində İran İslam Respublikasının siyasətlərində böyük dəyişikliklər aparılmasa da söyləmlər bir miqdar dəyişəcəkdir.