Accessibility links

Oxtay Vəlizadə: Mehdi Kuxiyanın səhhəti yaxşı deyil [Audio]


Oxtay Vəlizadə
Oxtay Vəlizadə
Həbsdən yeni azad olmuş güneyli milli fəal Oxtay Vəlizadə (Abbas) İran təhlükəsizlik qurumları tərəfindən həbs edilməsi, məruz qaldığı ittihamlar, habelə ötən ilin dekabr ayında onunla birlikdə tutulan və hazırda Marağa zindanında saxlanılan Mehdi Kuxiyanın durumu haqqında Amerikanın Səsinə danışıb.

Oxtay Vəlizadə: Mehdi Kuxiyanın səhhəti yaxşı deyil
please wait

No media source currently available

0:00 0:12:46 0:00

Oxtay Vəlizadə özü və Mehdi Kuxiyanın həbsinin 2012-ci ilin avqustunda Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən sonra təşkil etdikləri yardım kampanyaları ilə bağlı olduğu bildirib: “İran mediası zəlzələ xəbərini ağır şəkildə boykot etmişdi. Ancaq, millətçilər millətimizə arxa durdular. Biz Məlikəndi şəhərində yardım toplamaq üçün fəaliyyətə keçdik və əhalidən yüksək miqdarda ianə toplamağı bacardıq. Mən və Mehdi Kuxiyan bu fəaliyyətlər üzündən tutulduq.”

Mehdi Kuxiyan
Mehdi Kuxiyan
Marağa İnqilab Məhkəməsi tərəfindən çıxarılan hökmə istinadən, Oxtay Vəlizadə “dükanında Azərbaycan ölkəsi bayrağını saxlamaq”, “millətçi şəxslərlə əlaqədə olmaq”, “İslam müqəddəslərini təhqir etmək”, “Azərbaycan ölkəsinin bayrağı və Bozqurd simvolunu bacısı uşağının ad günündə təbliğ etmək”, “şəhərin cümə imamını təhqir etmək”, “Pan-Türkist mövzularda dörd dənə kitab saxlamaq”, “Azərbaycanın istiqlalı üçün referendum haqqında yazı yaymaq”, “Pan-Türkistlərin stadionda soyunma səhnəsinin şəklini yaymaq”, “Böyük Azərbaycan xəritəsini təbliğ etmək” və “separatçı Mahmudəli Çöhrəqanlının Amerikanın Səsinə müsahibəsinin videosunu əldə etmək” kimi ittihamlar üzündən “İran İslam Respublikasına qarşı təbliğat” və “İslam müqəddəslərini və ali rəhbəri təhqir” etməkdə günahlandırılmışdı.

Güneyli fəalın fikrincə, onun fəaliyyətlərinin “İslam müqəddəslərini və ali rəhbəri təhqir etmək” və məruz qaldığı digər ittihamlarla əlaqəsi yoxdur və İnqilab Məhkəməsi o, habelə Mehdi Kuxiyana ağır cəza vermək üçün o ittihamları irəli sürüb.

Mehdi Kuxiyanın sağ böyrəyi, eləcə də həzm sistemi və mədəsində problem yaşanır. Məmurlar səhhətindəki problemlərə baxmayarq ona işgəncə veriblər. Ettelaatda onu üç gün asılı saxlayıblar, sağ böyrəyindən vurublar.
Cənab Vəlizadənin sözlərinə görə, birinci məhkəmədə bir il həbsə məhkum olan Mehdi Kuxiyan daha sonra əlavə olaraq daha bir il həbs cəzası alıb. Mehdi Kuxiyan hazırda Marağa zindanında iki il həbs hökmünü keçirməkdədir: “Mehdi Kuxiyanın sağ böyrəyi, eləcə də həzm sistemi və mədəsində problem yaşanır. Məmurlar səhhətindəki problemlərə baxmayarq ona işgəncə veriblər. Ettelaatda onu üç gün asılı saxlayıblar, sağ böyrəyindən vurublar,” deyə Oxtay Vəlizadə, Mehdi Kuxiyanın ağır işgəncələrə məruz qaldığını qeyd edib.

Milli fəallın sözlərinə görə, Marağa, Sərab, Mərənd və Xiyav (Meşginşəhr) kimi İran Azərbaycanının kiçik şəhərlərində həbsdə olan milli fəallar haqda xəbərlər kifayət qədər yayılmır.
XS
SM
MD
LG