Bu günlərdə İranın tanınmış dərgisində Azərbaycan türkcəsinin təhqir edilməsinə reaksiya verən güneyli türkoloq və yazar Toğrul Atabay Amerikanın Səsinə müsahibədə türk dili və ədəbiyatının tarixi, İran Azərbaycanında türkcənin durumu və inkişaf prosesi, habelə güneydə çağdaş bir dil yaratmaq istiqamətində atılması gərəkən addımlar haqda danışıb. Onun sözlərinə görə İran mətbuatında Azərbaycan türkcəsinin periodik təhqir olunması dövlətin Azərbaycan türklərinə qarşı yürütdüyü ayrıseçkilik siyasətinin tərkib hissəsidir.
“Türk dili və mədəniyyətini aşağılamaq şəklində belə əsassız yanaşmalar İranda ilk deyil və son da olmayacaq. Bu ifadələri söyləyən sözdə professorun türk dili və ədəbiyyatı ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmayıb. Pan-İranist düşüncəsinin fikir babalarından olan Əhməd Kəsrəvi belə türkcənin çox güclü və zəngin bir dil olduğunu etiraf etmişdir,” deyə Toğrul Atabay bu yaxınlarda İranın Mehrnamə adlı tanınmış aylıq dərgisində yayılan ifadələrə münasibət bildirib.
“Azəri dilində yazılmış mövcüd bütün əsərləri iki semestrdə pan-türkistlərə tədris etmək olar,” kimi ifadələrlə dolu Mehrnamə dərgisinin yazısı ana dilində təhsil haqqı tələb edən Azərbaycan türklərini hədəf alır. Güneyli araşdırmaçının fikrincə, Mehrnamə dərgisi pan-İranist mahiyyətli və mənası təhrif olunmuş “azəri” və “pan-türkist” terminlərindən istifadə etməklə ictimai fikri çaşdırmağa və Azərbaycan türklərini aşağılamağa səy göstərir.
“Azəri deyə bir dil yoxdur. Türkcə var. Ayrıca, Türkcə Təbriz və onun ətrafına məhdud deyildir. Türkcə Güney Azərbaycana məhdud edilsə, o zaman İranda fars dilindən danışanda da Bəlx və Səmərqənd kimi İran xaricində olan bölgələrdə, və hətta Güney Azərbaycanda yaradılan farsca əsərlər hesab edilməməlidir. Sadəcə fars şəhərlərində ortaya çıxmış əsərlər sayılmalıdır,” deyə Manqurt hekayə toplusunun yazarı qeyd edib.
VII-VIII əsirlər, eləcə də Qaraxanlılar Dövləti dönəmində yaradılmış türk ədəbi əsərlərə işarə edən Osmanlı və Azərbaycan ədəbiyyat tarixinin eksperti türk ədəbiyyatının kifayət qədər qədim keçmişə əsaslandığını vurğulayıb:
"İranda farsçılıq və şiəçilik istiqamətində yürüdülmüş siyasət nəticəsində türkcə fəlakətli bir hala salınıb. Quzey Azərbaycanda da, elə Sovetlər dönəmində olduğu kimi bu dil baxımsız buraxılıb və yerli bir dil halına gətirilib.”
O, eyni zamanda güneydə milli şüurun yüksəlməsi ilə yanaşı müasir və elmi bir dilin yaradılması yönümündə müsbət fəaliyyətlərin həyata keçirildiyini qeyd edib. “Assimilyasiyaya məruz qaldığımız bir dönəmdə möcüzə etmək mümkün deyil... İndilik biz elmi dilimizi oluşdurmaq üçün Türkiyədəki gəlişmiş türkcədən istifadə edə bilərik... Hazırda dövlət və ya dəstək verəcək başqa qurumların ortada olmadığı üçün bu vəzifə ziyalıların üzərinə düşür,” deyə güneyli yazılı dilin inkişafı istiqamətində görülməli işlərin çox olduğunu vurğulayır.
İstanbul və Marmara Universitetlərində türk dili və ədəbiyyatı və əski türkcə üzərində təhsil almış güneyli araşdırmaçı Azərbaycanda işlədilən türkcənin problemləri və çatışmazlıqlarını bəyan etməkdən çəkinməyin doğru olmadığına inanır. “Problemlərdən bəhs etməsək, dilimizin bu fəlakət durumunu qəbullanmış olar və çatışmazlıqları aradan qaldıra bilmərik,” deyə o, söyləyib.
“Türkcə iç gücü və potensialı baxımından olduqca zəngin bir dildir. Bu üzdən heç də natamamlıq kompleksinə varmağa gərək yoxdur. Ancaq, o potensial gücü funksionallığa çevirmək uğrunda çalışmalıyıq,” deyə, Türkiyənin dil institutlarında çalışan azərbaycanlı türkoloq əlavə edib.
“Türk dili və mədəniyyətini aşağılamaq şəklində belə əsassız yanaşmalar İranda ilk deyil və son da olmayacaq. Bu ifadələri söyləyən sözdə professorun türk dili və ədəbiyyatı ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmayıb. Pan-İranist düşüncəsinin fikir babalarından olan Əhməd Kəsrəvi belə türkcənin çox güclü və zəngin bir dil olduğunu etiraf etmişdir,” deyə Toğrul Atabay bu yaxınlarda İranın Mehrnamə adlı tanınmış aylıq dərgisində yayılan ifadələrə münasibət bildirib.
Assimilyasiyaya məruz qaldığımız bir dönəmdə möcüzə etmək mümkün deyil... İndilik biz elmi dilimizi oluşdurmaq üçün Türkiyədəki gəlişmiş türkcədən istifadə edə bilərik.
“Azəri deyə bir dil yoxdur. Türkcə var. Ayrıca, Türkcə Təbriz və onun ətrafına məhdud deyildir. Türkcə Güney Azərbaycana məhdud edilsə, o zaman İranda fars dilindən danışanda da Bəlx və Səmərqənd kimi İran xaricində olan bölgələrdə, və hətta Güney Azərbaycanda yaradılan farsca əsərlər hesab edilməməlidir. Sadəcə fars şəhərlərində ortaya çıxmış əsərlər sayılmalıdır,” deyə Manqurt hekayə toplusunun yazarı qeyd edib.
VII-VIII əsirlər, eləcə də Qaraxanlılar Dövləti dönəmində yaradılmış türk ədəbi əsərlərə işarə edən Osmanlı və Azərbaycan ədəbiyyat tarixinin eksperti türk ədəbiyyatının kifayət qədər qədim keçmişə əsaslandığını vurğulayıb:
"İranda farsçılıq və şiəçilik istiqamətində yürüdülmüş siyasət nəticəsində türkcə fəlakətli bir hala salınıb. Quzey Azərbaycanda da, elə Sovetlər dönəmində olduğu kimi bu dil baxımsız buraxılıb və yerli bir dil halına gətirilib.”
O, eyni zamanda güneydə milli şüurun yüksəlməsi ilə yanaşı müasir və elmi bir dilin yaradılması yönümündə müsbət fəaliyyətlərin həyata keçirildiyini qeyd edib. “Assimilyasiyaya məruz qaldığımız bir dönəmdə möcüzə etmək mümkün deyil... İndilik biz elmi dilimizi oluşdurmaq üçün Türkiyədəki gəlişmiş türkcədən istifadə edə bilərik... Hazırda dövlət və ya dəstək verəcək başqa qurumların ortada olmadığı üçün bu vəzifə ziyalıların üzərinə düşür,” deyə güneyli yazılı dilin inkişafı istiqamətində görülməli işlərin çox olduğunu vurğulayır.
Türkcə iç gücü və potensialı baxımından olduqca zəngin bir dildir. Bu üzdən heç də natamamlıq kompleksinə varmağa gərək yoxdur. Ancaq, o potensial gücü funksionallığa çevirmək uğrunda çalışmalıyıq.