Ankara İşçi Filmləri Festivalında qadağan edilən “Qanun Hökmündə” filminin ardından festival könüllüsü Türkiyədə, xüsusilə Ankarada festivallara tətbiq olunan senzuranın siyasi xarakter daşıdığını vurğulayıb. İddialar haqqında rəsmi qurumlardan açıqlama ala bilmədik.
Ankarada Discord platformasının bir neçə həftədir ki, bağlanması ilə bağlı şəhər sakinləri ilə sorğu keçirdik. Sakinlərin əksəriyyəti sosial media platformalarında təhlükəsizlik problemlərinin mövcud olduğunu vurğuladı.
Festival çərçivəsində Braziliya, Gürcüstan, Fransa, Bolqarıstan, Qazaxıstan, Moldova, Serbiya və ev sahibi Türkiyədən gələn kukla sənətçiləri Ankaranın müxtəlif teatr səhnələrində öz tamaşalarını göstərdi.
Türkiyədə "Yenidoğan Çetesi" hadisəsi ciddi narahatlıq doğurub. Doğum evlərində səhiyyə işçilərinin körpələrə qarşı qeyri-etik davranış iddiaları ilə bağlı bir neçə xəstəxana müvəqqəti bağlanıb. Türk Təbibləri Birliyi üzvü Dr. Nilüfer Ustael bu məsələyə dair fikirlərini bölüşdü.
Türkiyə milli paralimpik üzgüçüsü və rəssam Yusuf Akgün 6 yaşında elektrik cərəyanı vurması nəticəsində əlil olub. O, qarşılaşdığı çətinliklər və həyat mübarizəsi haqqında Amerikanın Səsinə danışıb.
Türkiyədə Instagram-a qısa müddətli giriş məhdudiyyətinin ardından, bu dəfə də Discord platformasına məhdudiyyət gətirilib. Mövzunun həm hüquqi, həm də kiber təhlükəsizlik tərəfi haqqında ekspertlərlə danışdıq
Ankara bələdiyyəsi Qazi Universitetinin əməkdaşlığı ilə sosial dəstək alan ailələrin 9-30 yaş arasındakı üzvlərinə pulsuz HPV peyvəndinin tətbiqinə başlayıb.Cəmiyyətin maarifləndirilməsi və peyvəndin ilkin tədbiqi haqqında mütəxəssis Ahmet Çağkan İnkaya Amerikanın Səsinə danışıb.
Ankara bələdiyyəsi Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə “T.C. Yaşasın Cumhuriyet Tuneli" adlı marifləndirici sərgi açıb. Süni intellekt vasitəsilə qurulan sərgidə Türkiyə Cümhuriyyətinin tarixi dövrləri ziyarətçilərə interaktiv formatda təqdim olunub.
Türkiyə Cümhuriyyətinin yaradılmasının 101 illiyi münasibəti ilə vətəndaşlar türk bayraqları ilə Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etdi.
Ankarada 31-ci Meşə Ekologiyası Məktəbinin seminarı keçirilib. Mütəxəssislər iqlim dəyişikliyi, meşələrin qorunması və yanğınların qarşısının alınması mövzuları ətrafında müzakirələr aparıb. Onlar Konstitusiyaya sonradan əlavə olunan ziddiyyətli maddənin düzəldilməsinin zəruriliyini vurğulayıb.
Türkiyədə keçirilən 9-cu Türk Dünyası Sənədli Film Festivalında "Sarı Gəlinin sorağında" sənədli filmi mükafat qazanıb. Ankarada baş tutan festivalda Azərbaycan da daxil olmaqla, 9 ölkə iştirak edib. Tədbir sonrası rejissor Mübariz Nağıyev təəssüratlarını Amerikanın Səsinə bildirib.
Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Cəmiyyətin nümayəndəsi Cem Güralın bildirdiyinə görə, konsertin məqsədi Türkiyədə anonim sayılan bəzi mahnıların əslində Azərbaycan bəstəkarlarına məxsus olduğunu tanıtmaqdır.
Ankaranın Mamak bölgəsində yaşayan qadınlar əl işləri təqdim olunan yarmarka keçirib. Məhəllə rəhbəri Yasəmən Tarla yarmarkanın əsas məqsədinin son vaxtlarda artan qadın qətlləri mövzusuna cəmiyyətin diqqətini çəkmək olduğunu bildirib.
Türkiyədə son vaxtlar baş verən qadın və uşaq cinayətləri böyük müzakirələrə səbəb olub. Bu mövzu haqda Türkiyənin paytaxtı Ankarada sorğu keçirdik.
Ankarada müxtəlif yerlərdə ana-uşaq münasibətlərinin tarixi bənzərliyini vurğulayan muzey açılıb. Bu, dünyada analıq haqda olan azsaylı muzeylərdəndir.
2023-cü ilin fevralında Türkiyədə baş verən Kahramanmaraş mərkəzli zəlzələdən 1 il 7 ay keçib. Həmin zəlzələnin zərərçəkənləri “ədalət tapmaq ümidilə” aksiya keçirməyə çalışıb.
Türkiyənin paytaxtı Ankaranın Çankaya bələdiyyəsi universitet tələbələrinə ödənişsiz axşam yeməyi təqdim edən "Gənclik Süfrəsi" adlı layihə həyata keçirir. Tələbələr bu təşəbbüsü müsbət dəyərləndirərək, gündəlik ehtiyaclarını qarşıladıqlarını bildiriblər.
Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Türkiyənin paytaxtı Ankarada bununla bağlı sorğu etdik.
Ankarada bələdiyyə, yay istilərində vətəndaşları dəstəkləmək üçün Kızılay və Ulus meydanlarında ödənişsiz su paylanması üçün çadırlar qurdu. İsti saatlarda xidmət göstərən bu çadırlar, vətəndaşlar tərəfindən böyük maraqla qarşılanır.
Türkiyədə xüsusilə Aralıq dənizi və Egey bölgələrində artan meşə yanğınları əhali arasında böyük narahatlıq yaradır. Ankarada sakilər yanğınların səbəbləri və qarşısının alınması ilə bağlı rəsmilərdən daha təsirli tədbirlər görməyi tələb ediklərini də bildirdilər.
Daha çox yüklə