Accessibility links

BMT: Münaqişələr və iqlim dəyişikliyi yüz milyonlarla insanı aclığa sürükləyir


Qlobal aclığın yeni təhlili göstərir ki, münaqişə, iqlim dəyişikliyi və iqtisadi pozulmalar daha çox insanı kəskin aclığa sürükləyir.

Bu, BMT-nin dayanıqlı inkişaf məqsədlərindən biri olan 2030-cu ilə qədər aclığa son qoymağa nail olmaq yolunda əvvəlki illərin irəliləyişini təhlükə altına qoyur.

2024-cü il Ərzaq Böhranları üzrə Qlobal Hesabatda bildirilir ki, 281,6 milyon insan və ya 2023-cü ildə təhlil edilən əhalinin 21,5%-i yüksək səviyyədə ərzaq təhlükəsizliyi ilə üzləşib.

Söhbət ərzaq böhranı yaşayan 59 ölkə və ərazidən gedir.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktoru Dominik Burgeon "Kəskin ərzaq təhlükəsizliyindən danışarkən, insanların dolanışıq vasitələri və həyatı üçün dərhal təhlükə yaradan aclığı nəzərdə tuturuq" deyib.

"Bu, geniş vüsət alacaq və çoxlu sayda insanın ölümünə səbəb olan aclıqdır. Hesabatda həmçinin kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqların 60%-nin qida təhlükəsizliyinin ən yüksək olduğu 10 ölkədə yaşadığı müəyyən edilib" - deyə, o bildirib.

Hesabatda deyilir ki, 2023-cü ildə “münaqişənin qaynar nöqtələrində, xüsusən də Qəzza zolağı və Sudanda qida böhranının qorxulu şəkildə ağırlaşdığı” müşahidə olunub.

Sənəddə qeyd edilir ki, ilin sonunda Qəzza zolağında hesabatların dərci tarixində ən ciddi ərzaq böhranı yaşanıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG