Accessibility links

Ukraynanın dinc nümayişçiləri öldürməkdə ittiham olunan şəxsləri ruslara təhvil verməsi qəzəblə qarşılanır


Rusiyapərəst separatistlərlə əsir mübadiləsi. Mayorsk, Donetsk regionu, Ukrayna. 29 dekabr, 2019.
Rusiyapərəst separatistlərlə əsir mübadiləsi. Mayorsk, Donetsk regionu, Ukrayna. 29 dekabr, 2019.

Kyivdə rusiyapərəst separatistlərlə əldə olunan əsir mübadiləsi geniş tənqidlərlə üzləşir. Belə ki, mübadilə əsnasında Ukrayna hökuməti 2014-cü il Maydan inqilabı zamanı dinc nümayişçilərə atəş açmaqda ittiham olunan beş polis zabitini ruslara təhvil verib.

İttiham olunan polislər hazırda buraxılmış Berkut yarı-hərbi dəstəsinin üzvləri olub.

Bu, çətin qərar idi. Bu, siyasi qərar idi.
Volodimir Zelenski, Ukrayna Prezidenti

Üsyan vaxtı öldürülmüş adamların qohumları Prezident Volodimir Zelenskidən həmin polisləri mübadiləyə daxil etməməyə çağırmışdılar.

Bazar günü baş verən mübadilədən sonra Ukrayna lideri qərarı müdafiə edərək deyib ki, həmin şəxslərin sərbəst buraxılması ukraynalı kəşfiyyatçıların azad edilməsi üçün şərt idi.

İki vuruşan tərəflər arasında baş verən mübadilə 200 nəfəri əhatə edib.

“Bu, çətin qərar idi. Bu, siyasi qərar idi,” Zelenski Kyivin Borispil Beynəlxalq Aeroportunda müxbirlərə bildirib.

Ukraynalı əsir İvan Katışevi anası Lyudmila qucaqlayır. Mayorsk təmas xətti. 29 dekabr, 2019.
Ukraynalı əsir İvan Katışevi anası Lyudmila qucaqlayır. Mayorsk təmas xətti. 29 dekabr, 2019.

Prezidentin bəyanatı 2014-cü ildə həlak olanların qohumlarını razı salmayıb.

Onlarla sivil cəmiyyət təşkilatları da Rusiyanın tələbləri qarşısında qatil şübhəlilərin buraxılmasına etiraz edərək bəyanat yayıblar.

"Kremlin istəyi əsasında qəbul edilən bu qərar qanun aliliyi, ədalət və ləyaqət dəyərlərini sarsıdır və bu addım Ukrayanada müxtəlif qruplar arasında nifrət toxumu səpə bilər,” bəyanatda bildirilir.

XS
SM
MD
LG