Accessibility links

Ukrayna Rusiyanın raket hücumunun Çerkassıdakı evləri zədələdiyini bildirib


Ukraynanın mərkəzi bölgəsinin rəsmiləri cümə axşamı Rusiyanın Çerkassı vilayətinə etdiyi raket hücumu nəticəsində azı 6 nəfərin yaralandığını bildirib.

Çerkassı vilayətinin qubernatoru İhor Taburetsin dediyinə görə, partlayış dalğaları və raket parçaları 50-yə yaxın evə ziyan vurub.

Ukraynanın cənubunda, Rusiyanın nəzarətində olan Zaporijye bölgəsinin Rusiya tərəfindən təyin edilmiş yüksək səviyyəli rəsmisi cümə axşamı Ukraynanın pilotsuz təyyarəsinin hücumu nəticəsində iki nəfərin öldüyünü bildirib.

Yevgeni Balitski Telegram kanalında bildirib ki, zərbə Zaporijye şəhərinin cənub-şərqindəki kəndlərdən birində avtomobilə endirilib.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Britaniyanın maliyyə naziri Ceremi Hantın Kyivə səfəri zamanı Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalara və Ukraynaya 600 milyon dollardan çox yardım paketinə görə təşəkkür edib.

"Biz sanksiya siyasətinə xüsusi diqqət yetirdik. Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi və sanksiyaların qarşısının alınmasını qeyri-mümkün etmək vacibdir" - deyə, Zelenski bildirib.

Bu, çərşənbə günü axşam, Zelenskinin Ukraynaya verdiyi yeni yardım vədlərinə görə ABŞ-a təşəkkür etdiyi video-müraciətindən sonra olub. Zelenski ABŞ liderlərinə və "Putinin yelkənlərindən küləyi çıxarmağın, ona tabe olmamağın vacibliyini dərk edən bütün amerikalılara" təşəkkürünü bildirib. O, "Çünki yalnız bu halda azadlıq üçün təhdid həqiqətən daha az olacaq" deyib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü, mayor Çarli Dits Amerikanın Səsinə Birləşmiş Ştatların Ukraynaya "ATACMS" kimi tanınan uzaqmənzilli taktiki ballistik raketlər verdiyini bildirib.

Ballistik raketlər 300 kilometrə qədər məsafəyə malikdir və Ukraynanın raketləri vurma məsafəsini təxminən iki dəfə artırır.

Forum

XS
SM
MD
LG