Accessibility links

Ukrayna Rusiyanın 5 pilotsuz təyyarəsini vurduğunu bildirib


Ukrayna ordusu bazar ertəsi Rusiyanın gecə ərzində ölkəyə yeddi pilotsuz təyyarə və üç idarə olunan raketlə hücum etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri beş pilotsuz təyyarə vurub. UKrayna onların hamısının Ukraynanın cənubundakı Odesa vilayəti üzərində məhv edildiyini bildirib.

Odesa vilayətinin qubernatoru Oleh Kiper Telegram kanalında bildirib ki, hava hücumları nəticəsində anbarlar və kənd təsərrüfatı texnikası zədələnib.

Kiper xəsarət alanların olmadığını bildirib.

Son hücum ABŞ Senatının bu həftə Ukraynaya 60 milyard dollarlıq yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyəcəyi vaxta təsadüf edib.

Qanun layihəsi artıq ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilib və prezident Co Bayden tərəfindən dəstəklənib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə çıxışında yardım paketinə "ön cəbhədəki döyüşçülərimizin çox gözlədiyi avadanlıqlar daxildir" deyib.

Zelenski bildirib ki, qanun layihəsinin qəbulu ilə hərbi yardımın Ukrayna qoşunlarının əlinə keçməsi arasındakı vaxt "mümkün qədər qısa olmalıdır".

Forum

XS
SM
MD
LG